11 narkotika qaçaqmalçısı ifşa edilib
Tarix: 27.03.2013 | Saat: 21:44:00 | E-mail | Çapa göndər


Son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 11 nəfər ifşa edilib, onlardan ümumilikdə 59 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.
MTN-in İctimai Əlaqələr Mərkəzindən daxil olan məlumata görə, Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində "İran-Azərbaycan-Rusiya" marşrutu üzrə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Asif Eyyub oğlu Dağıstan Respublikasında saxlanılıb, İrandan Rusiyaya göndərilən içərisində kartof kisələri olan yük avtomobilinə keçirilmiş baxış nəticəsində 36 kiloqram 200 qram həşiş aşkarlanaraq götürülüb.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Ağayev Rasim Mirzə oğlu və Şəbiyev Anar Çingiz oğlu saxlanılıb, onlardan 6 kiloqramdan artıq heroin və 2 kiloqram 965 qram tiryək aşkarlanaraq götürülüb.
Milli Təhlükəsizlik Nazirliyinin başqa bir əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı Hüseynov Namiq Əkbərağa oğlu saxlanılıb, ondan 2 kiloqram 192 qram tiryək aşkarlanaraq götürülüb.
Daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı Əliməmmədov Nazim Süleyman oğlu saxlanılıb, baxış nəticəsində ondan 200 qramdan artıq müxtəlif növ ağır tərkibli narkotik vasitələr aşkarlanaraq götürülüb. Növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycanın Astara rayonunun Sım kəndi ərazisində İran istiqamətindən dövlət sərhədini qanunsuz keçmiş İran İslam Respublikasının vətəndaşı Ruhi Dilavər Mətləb oğlu saxlanılıb, ondan 2 kiloqram 50 qram həşiş qətranı aşkarlanaraq götürülüb. Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşları - Tahirov Rafiq Əlihüseyn oğlu və Babayev Rəhim Rəhman oğlu saxlanılıblar. Müəyyən edilib ki, Rafiq Tahirov və Babayev Rəhim, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Behzad adlı vətəndaşı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitə olan - 48,20 qram cəkidə 205 ədəd metadonu qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətiriblər. Mart ayının 17-də həyata keçirilmiş əməliyyat tədbiri ilə Azərbaycan Respublikasının vətəndaşları - Qasımov Sakit Böyükkişi oğlu, Qasımov Habil Böyükkişi oğlu və Ağayev Natiq Mirağa oğlu saxlanılıb, onlardan 8 kiloqramdan artıq heroin, 1 kiloqrama yaxın tiryək, 303 qram maye halında narkotik vasitə olan amfetamin aşkarlanaraq götürülüb. Bütün faktlarla bağlı cinayət işləri başlanılmış, adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam edir.
CAVİDAN




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info