“Bizim manevr imkanlarımız kifayət qədər yüksəkdir“
Tarix: 07.10.2016 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


"Bəzi dövlətlərin geosiyasi maraqları əsas götürülür və bu, çox pisdir. Afrikada baş verən hadisələrdə Azərbaycanın rolu yoxdur, bu, müəyyən dövlətlərin geosiyasi maraqlarının nəticəsidir".
Bunu bu gün Prezident Administrasiyasırəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz MəmmədovAzərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda deyib. 
 
N. Məmmədov bildirib ki, xarici əlaqələr şöbəsi Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı kitab hazırlayanda bəzi ölkələrin səfirləri öz fikirlərini yazmayıb: “Bu da bir göstəricidir. Mən diplomat deyiləm. Ancaq dünyadakı qeyri-sabitlikdən böyük dövlətlər nə qazanır? Böyük dövlətlər prosesləri elə dalana aparır ki, oradan çıxmaq mümkün olmur. İnam, etimad, anlaşma aradan qalxır və bu, narahatlıq doğurur".
 
Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, Azərbaycan uğurlu siyasət aparır: "Bizim manevr imkanlarımız kifayət qədər yüksəkdir". 
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info