“Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir
Tarix: 07.10.2016 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə  “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
 
Tədbirin açılışında çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov konfransın Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr edildiyini, tədbirə müxtəlif ölkələrin beyin mərkəzlərindən təmsilçilər dəvət olunduğunu bildirib.
 
Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycanın ötən 25 ildə şərəfli yol keçdiyini söyləyib: “Azərbaycan sürətli inkişaf yolu keçib və bu gün dünyaya öz inkişaf modelini təqdim edir. Böhrana baxmayaraq, bu gün Azərbaycanın Ümumi Daxili Məhsulu Cənubi Qafqaz üzrə ÜDM-in 75 faizini təşkil edir. Azərbaycan Dünya Bankı tərəfindən “yüksək orta gəlirli ölkələr” sırasına daxil edilib. Azərbaycan “qara qızıl”ı insan kapitalına çevirmək yolu ilə gedir. Bunun üçün təhsilə, müasir texnologiyalara sərmayə qoyuluşu artırılır. Azərbaycan artıq kosmik dövlətdir, “ASAN Xidmət” isə dünyada brendə çevrilib”.
 
N. Məmmədov Azərbaycanın müstəqil, balanslaşdırılmış xarici siyasət həyata keçirdiyini vurğulayıb.
 
Daha sonra konfrans çərçivəsində SAM-ın direktor müavini Gülşən Paşayevanın moderatorluğu ilə “Azərbaycan qlobal arenada: Nailiyyətlər və çağırışlar” mövzusunda sessiya başlayıb.
 
Macarıstan Xarici Məsələlər və Ticarət İnstitutunun direktor müavini Laszlo Vasa Avropa İttifaqının idxal və ixrac sahəsində Azərbaycan üçün mühüm rol oynadığını deyib: “Azərbaycan xarici sərmayə üçün cəlbedici bir ölkə, eyni zamanda, önəmli bir investordur. Hazırda Azərbaycan islahatlar həyata keçirməyə, qeyri-neft sektorunda investisiyalara daha münbit şərait yaratmağa, neftin qiymətlərinin azalması fonunda nəqliyyat infrastrukturunu diversifikasiya etməyə çalışır. Azərbaycanın böyük investisiya imkanları var, SOCAR xarici investisiya sahəsində böyük oyunçudur. Azərbaycan neft sektorundan asılılığı azaltmaq üçün qeyri-neft sektorunun ixracatının artırılmasına nail olmalıdır”.
 
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Azərbaycanın 25 illik inkişafının heyrət doğurduğunu vurğulayıb: “Rusiya Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü tanıyan ilk dövlətlərdən biridir. Heydər Əliyev müasir Azərbaycanın banisidir. O vaxt qonşu dövlət Azərbaycana təcavüz etmişdi, ölkədə radikal Xalq Cəbhəsi hakimiyyətdə idi. Heydər Əliyev sülhə, inkişafa nail oldu. Son referendumda xalqa arxalanan Azərbaycan hakimiyyəti böyük dəstək qazanıb. Neft və qaz resursları hesabına ölkəyə böyük maliyyə axını olub və sosial problemlərin həlli təmin edilib. Biz Azərbaycana həsəd aparırıq. Azərbaycanın ixracatçı və idxalatçı ölkələrlə çox gözəl münasibətləri var, Rusiya müəyyən səbəblərdən bəzən buna nail ola bilmir”.
 
S. Markov qeyd edib ki, MDB məkanında yalnız iki ölkə - Azərbaycan və Qazaxıstan iqtisadi inkişaf baxımından sovet dövrünü üstələyib. O, Azərbaycanın çevik xarici siyasət həyata keçirdiyini də vurğulayıb: “Bu gün qlobal böhran hökm sürür. Böyük Britaniyanın Avropa İttifaqından çıxması, ABŞ-da Donald Trampın prezident seçkilərində respublikaçıların namizədi statusuna sahib olması xalqların qloballaşmaya qarşı çıxdığını göstərir. Bu, niyə baş verir? Çünki transmilli güclər istehsalı başqa ölkələrə yönəltdilər. ABŞ-da fiziki əməklə məşğul olan insanlar etiraz edirlər. Qlobal böhranın ikinci nüvəsi Qərbin parçalanmasından keçir. Əlbəttə, Qərb tam parçalanmayacaq, süquta uğramayacaq, ancaq Qərbdə müəyyən parçalanma olacaq. Digər tərəfdən, ABŞ özünün dünya hökuməti olduğunu iddia edir, ancaq vəzifəsinin öhdəsindən gələ bilmir. Suriyada, Liviyada, İraqda yaradılmış sosial böhran miqrasiyaya yol açıb. Multikulturalizmdən imtina etmək olmaz. İlk növbədə ölkələrin müstəqilliyinə, mədəniyyətinə hörmətlə yanaşmaq lazımdır”.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib ki, Azərbaycanın xarici siyasəti qarşılıqlı faydalı maraqlara əsaslanır: “Azərbaycan çoxvektorlu xarici siyasəti nəticəsində dünyanın bir çox dövlətləri ilə bərabərhüquqlu münasibətlər qurmağa və özünü təhdidlərdən qorumağa zəmin yaradıb”.
 
ABŞ-ın Ceymstaun Fondunun prezidenti Glen Hovard deyib ki, Azərbaycan ABŞ üçün həmişə önəmli ölkə olacaq.
 
Konfrans fasilədən sonra digər sessiya ilə davam etdiriləcək.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info