Tələbələr YAP-ın sıralarına qoşulur
Tarix: 27.03.2013 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin 167-ci məşğələsi keçirilib. “Heydər Əliyev dövlətçilik məktəbinin sosial-siyasi və ideoloji əsasları” mövzusunda keçirilən məşğələni giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, dinamik inkişafında, dünyada Azərbaycan imicinin və diasporunun formalaşmasındakı misilsiz xidmətlərindən bəhs edib.
Qeyd olunub ki, məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində azərbaycançılıq məfkurəsi müstəqil dövlətimizin ümummilli ideologiyasına çevrilib. Bu gün bu müdrik siyasətin layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan güclü və qüdrətli dövlət kimi inkişaf etməkdədir. Rektor ümummilli liderin anadan olmasının 90 illiyi, 2013-cü ilin Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan olunması ilə bağlı qarşıda duran vəzifələrdən danışıb. Tərbiyə işləri üzrə prorektor, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev mövzu ilə bağlı ətraflı məruzə edərək ulu öndər Heydər Əliyevin gələcək müstəqil Azərbaycanın sosial-siyasi və ideoloji əsaslarını, prinsiplərini hələ totalitar sovet rejimi dövründə işləyib hazırladığını xatırladıb. Vurğulanıb ki, ümummilli lider siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra müstəqil Azərbaycanın daxili və xarici siyasətini, dövlətlərarası münasibətlərini, sosial-iqtisadi, hərbi inkişaf strategiyasını müəyyənləşdirib, Azərbaycanın ərazi bütövlüyünün qorunması, elmin, təhsilin tərəqqisi, milli-mənəvi dəyərlərimizin-dilimizin, dinimizin, tariximizin, mədəniyyətimizin yaşadılması və inkişaf etdirilməsində misilsiz rol oynayıb. Qeyd olunub ki, XX əsrin sonlarında Azərbaycanın dövlət müstəqilliyinin qorunması, milli dirçəliş və tərəqqi, ölkədə siyasi sabitliyin, milli birliyin yaranması məhz ulu öndərin adı ilə bağlıdır. Bu dahi şəxsiyyətin həyat və fəaliyyəti, siyasi irsi, azərbaycançılıq ideologiyası, milli məfkurəyə sədaqəti hər bir vətənpərvər gənc üçün böyük məktəb olmalıdır. Məşğələnin sonunda YAP sıralarına qəbul edilmiş tələbələrə üzvlük vəsiqələri təqdim olunub.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info