Sergey Markov: “Ermənistan hakimiyyəti çətin durumla üzləşib”
Tarix: 07.10.2016 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


“Rusiya müxtəlif dövlətlər, o cümlədən münaqişədə olan ölkələrlə hərbi-texniki münasibətlər qurub”. 
Bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi beynəlxalq konfransda ölkəsinin Ermənistana “İsgəndər” operativ-taktiki raket kompleksi satması ilə bağlı sualı cavablandırarkən deyib. 
S. Markov xatırladıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür: “Biz Azərbaycanı da bu təşkilatla yaxından əməkdaşlıq etməyə dəvət edirik. Rusiyada güclü erməni lobbisi var. Biz silah satmasaq, ABŞ satacaq, bu halda Azərbaycan və Ermənistan da itirəcək, çünki eyni silahları iki dəfə baha almalı olacaq. Rusiyanın əsas məqsədi kompromislərə nail olmaqdır. İkitərəfli güzəştlər olmalıdır. Hazırda bunun üçün yaxşı imkanlar var. Kazan formulu əsasında Qarabağ münaqişəsi həll edilə bilər. Ermənistan Qarabağ ətrafındakı rayonları azad etməlidir, Azərbaycan və Türkiyə isə Ermənistanın və Dağlıq Qarabağın blokadasını aradan qaldırmalıdır. Kazan prinsiplərinə əsasən 7 rayonun Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Lakin hazırda Ermənistan hakimiyyəti çətin durumla üzləşib, onlar xalqı inandıra bilmirlər ki, bu, lazımdır. Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, istənilən vaxt yenidən alovlana bilər. Ona görə də biz münaqişənin həll edilməsi istiqamətində səylərimizi artırmalıyıq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info