ETSN qənaət etdiyi vəsaiti büdcəyə qaytarır
Tarix: 27.03.2013 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Prezidentin göstərişi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış 2010-2013-cü illəri əhatə edən respublikanın əsas magistral avtomobil yollarının ətrafının estetik görkəminin dəyişdirilməsi məqsədilə yaşıllıqların salınması və ən müasir tələblərə cavab verən damcılı suvarma sisteminin quraşdırılmasına dair layihələrin icrası vaxtından əvvəl başa çatdırılıb. ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlamasında deyib ki, ümumi smeta dəyəri 20 milyon 145 min manat olan bu layihəyə görə Bakı-Quba, Bakı-Şamaxı, Bakı-Qazax, Bakı-Astara və Bakı Hava Limanı magistral avtomobil yollarında 775 hektar ərazidə yaşıllıqların salınması, 1453 hektarda isə ən müasir texnologiyaya əsaslanan damcılı suvarma şəbəkəsinin quraşdırılması nəzərdə tutulub. ETSN tərəfindən daxili imkanlar hesabına faktiki olaraq nəinki layihədə nəzərdə tutulan 803,84 min ağacın gətirib əkilməsi, həmçinin əlavə ərazilərdə cəmi 2 milyon 131 min ədəd ağacın gətirilib əkilməsi təmin edilib. 1835 hektar ərazidə torpaq işləri görülüb, damcılı suvarma sistemləri qurulub, dəmir-beton su anbarları tikilib. Nazirlik layihələrin icrası üçün I mərhələdə ayrılmış 10 milyon 760 min manat vəsaitlə 2013-cü ildə yekunlaşmalı olan işləri vaxtından əvvəl 2012-ci ildə tam başa çatdırmağa müvəffəq olub. Beləliklə, ümumi smeta dəyəri 20 milyon 145 min manat təşkil edən, iki mərhələdə həyata keçirilməli olan layihələrin icrası üçün I mərhələdə dövlət büdcəsindən ayrılmış 10 milyon 760 min manat vəsait ETSN tərəfindən qənaətlə istifadə edilərək işlər vaxtından əvvəl yekunlaşıb.
İ.İbrahimova qeyd edib ki, 2010-2013-cü illəri əhatə edən respublikanın əsas magistral avtomobil yollarının ətrafının estetik görkəminin dəyişdirilməsi məqsədilə yaşıllıqların salınması və ən müasir tələblərə cavab verən damcılı suvarma sisteminin quraşdırılmasına dair layihələrin nazirlik tərəfindən vaxtından əvvəl və mövcud maliyyə imkanları çərçivəsində büdcədən əlavə vəsait cəlb etmədən başa çatdırıldığını nəzərə alaraq, 2013-cü ildə Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, bu layihənin başa çatdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılmış layihə smeta sənədləri üzrə qalıq vəsaitlərin (9381,4 min manat) istifadə olunmadan büdcəyə qaytarılması üçün ETSN 14 mart 2013-cü il tarixində Nazirlər Kabinetinə, İqtisadi İnkişaf və Maliyyə nazirliklərinə məktubla müraciət edib.
NİGAR




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Böyük sənaye potensialı yaradılır: müasir zavodların yaradılması prioritetdir
19.02.2019
Qəzvin-Rəşt dəmir yolu Novruz bayramında istismara veriləcək
19.02.2019
Azərbaycan məhsulları “Prodexpo 2019” sərgisində medala layiq görülüb
19.02.2019
Strateji yol xəritələri üzrə görülən işlərin gedişi müzakirə edilib
19.02.2019
“Azexport” “Amazonla Qazan” təlimini davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info