Azarkeşlərlə yanaşı, stadion əməkdaşları da yoxlanılmalıdır
Tarix: 07.10.2016 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Oktyabrın 8-də Bakı Olimpiya Stadionunda Azərbaycan və Norveç milliləri qarşılaşacaq. Bu matça digər oyunlardan daha çox azarkeş toplaşacağını nəzərə alaraq, stadionda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkili vacibdir. Trend minlərlə azarkeşin qatılacağı oyunda təhlükəsizlik tədbirlərinin hansı səviyyədə olacağı ilə maraqlanıb. Məsələ ilə bağlı Bakı Olimpiya Stadionunun mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 8-də keçiriləcək oyun zamanı təhlükəsizlik tam təmin ediləcək: “Stadionda keçirilən istənilən tədbir zamanı təhlükəsizlik daim diqqət mərkəzində olub. Oktyabrın 8-də keçiriləcək oyun zamanı da təhlükəsizlik həm stadionda müqavilə əsasında xidmət aparan təhlükəsizlik xidməti, həm AFFA, həm də digər dövlət qurumları tərəfindən təşkil ediləcək. Stadiona buraxılış yalnız biletlərlə olacaq.Həmçinin AFFA tərəfindən stadionda xüsusi azarkeşlər zonası təşkil olunacaq. Bundan başqa, stadionda konsert və şou-proqram təşkil ediləcək".
Futbol qarşılaşmaları zamanı stadionda təhlükəsizlik tədbirləri ilə bağlı məsələyə münasibət bildirən “Qarabağ” Peşəkar Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da bildirib ki, Azərbaycanda futbol yarışlarında stadionda təhlükəsizlik bir neçə qurum tərəfindən təmin edilir:“Əsasən, futbol yarışlarında təhlükəsizlik dövlət səviyyəsində qorunur. Yəni oyunlarda stadion və azarkeşlərin təhlükəsizliyi Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən həyata keçirilir. Oyunöncəsi stadion lazımi səviyyədə təftiş olunur və bu təftiş UEFA standartlarına uyğun aparılır. Beynəlxalq dərəcəli yarışlarda oyundan əvvəl təhlükəsizliyə cavabdeh olan polis əməkdaşları üçün müşavirə keçirilir. Təhlükəsizliyə tam təminat veriləndən sonra oyun başlayır”.
N.İbrahimovun sözlərinə görə, istər Azərbaycan, istərsə də digər ölkələrdə keçirilən oyunlarda təhlükəsizlik tədbirləri oxşar şəkildə qurulur: “Bizdə də polislər azarkeşləri xüsusi qurğularla yoxlayır, şüşə qablar, dəmir alətlər, alışqanlar və digər təhlükəli maddələr stadiona buraxılmır”.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev də görülməli olan tədbirlər barədə danışıb. Bildirib ki, beynəlxalq yarışlarda stadionlarda təhlükəsizlik tədbirləri daha da gücləndirilir. Çünki yerli çempionatlardan fərqli olaraq, beynəlxalq yarışlara daha çox azarkeş qatılır: “Həmin yarışlarda təhlükəsizliyin təmin edilməsi həm stadionun təhlükəsizlik xidmətinin əməkdaşları, həm də dövlət qurumları, polis, Daxili Qoşunların əməkdaşları tərəfindən həyata keçirilir. Stadionun girişində azarkeşlər xüsusi dedektorlarla yoxlanılmalıdır. Azarkeşlərin qadağan olunmuş avadanlıqlarla stadiona girişi məhdudlaşdırılır. Burada həm kişi polis-mühafizəçilər, həm də qadın mühafizəçilər xidmət aparmalıdırlar. Bundan başqa, stadiona təcili tibbi yardım briqadaları, FHN-in yanğından mühafizə xidməti cəlb edilməlidir. Bununla yanaşı, ərazidə təhlükəsizlik tədbirləri post-patrul xidməti və Daxili Qoşunların əməkdaşları tərəfindən nəzarətə götürülməlidir. Mühafizə xidməti azarkeşləri yoxlayarkən içkili olmamalarına diqqət yetirməli, şüşə qab, kəsici və deşici alətlər, şarlar, böyük bayraqlar, dəyənəklər, fişəng və digər partlayıcı maddələr, səsgücləndirici qurğular, iri çantalar, ayaqlı idman qurğularının stadiona daxil edilməsinin qarşısını almalıdır. Çünki bu cür əşyalar stadionda təhlükəsizliyi təhdid altına atır”.
Ekspert bildirir ki, azarkeşlər əvvəlcə təhlükəsizlik xidməti əməkdaşları tərəfindən bu barədə təlimatlandırılmalıdır: “Bu prosesdə təhlükəsizlik xidmətinin əməkdaşları təkcə azarkeşləri yoxlamaqla kifayətlənməli deyil. Onlar stadionun işçilərini də ciddi yoxladıqdan sonra stadiona buraxmalıdırlar. Təcrübə göstərir ki,bəzən stadionlarda baş verən partlayış və digər xoşagəlməz halların arxasında stadionun öz işçisi də durur. Ona görə də bu, çox önəmli məsələdir. Yəni təhlükəsizlik xidmətinin əməkdaşları stadionun əməkdaşlarını da yoxladıqdan sonra əraziyə buraxmalıdırlar”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info