“Ermənistan rəhbərliyinin zəifliyi və kompromisə getməməsi danışıqları dayandırıb”
Tarix: 07.10.2016 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


“Çox intensiv danışıqlar gedirdi. Ümidimiz var idi ki, Kazan formulu əsasında yayda və ya payızda razılaşma əldə edə bilərik, ilin sonunda isə məcburi köçkünlər doğma evlərinə qayıda bilər. Lakin alınmadı”.
Bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.   
 
“Fikrimcə, bunun əsas səbəbi odur ki, Ermənistan rəhbərliyi özündən əmin deyil və qorxur ki, güzəştə görə onu devirərlər. Axı onlar ətraf rayonları Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının qarşılığında qaytarmağı düşünürlər. Ermənistan rəhbərliyinin zəifliyi və bu kompromisə getməməsi bu danışıqları dayandırıb. İndi biz düşünməliyik və yol tapmalıyıq ki, yenidən danışıqlara necə başlayaq. Yoxsa hansısa hərbi toqquşma baş verə bilər. Danışıqlarda heç bir irəliləyiş olmasa, təəssüf ki, hərbi qarşıdurma yenidən gündəmə gələ bilər”, - deyə o vurğulayıb. 
 
S. Markov qeyd edib ki, Rusiya həm Azərbaycanla, həm də Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığı davam etdirəcək. “İstəyirik ki, Azərbaycan və Ermənistan öz müdafiəsindən əmin olsun, eyni zamanda hesab edirik ki, mütləq kompromisə getmək lazımdır. Dağlıq Qarabağ münaqişəsini indiki vəziyyətdə saxlamaq olmaz”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info