“Azərbaycan siyasi sabitlik simvoludur”
Tarix: 07.10.2016 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


“Azərbaycan siyasi sabitlik simvoludur”.Bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Rəsul Usul Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda təşkil etdiyi beynəlxalq konfransda söyləyib. O bildirib ki, şərqlə qərb, Avropa ilə Asiya arasında yerləşən Azərbaycan möcüzəsi Türkiyəni sevindirir: “Ərazisinin bir hissəsi işğal altında olmasına baxmayaraq, Azərbaycan böyük uğurlar qazanıb. Azərbaycan yaxşı fəaliyyət göstərən demokratik strukturlara malikdir. Azərbaycan türkləri ilk dəfə 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə cümhuriyyət yaratmağa nail olublar”.
 
Ə. R. Usul qeyd edib ki, Türkiyə Azərbaycanla münasibətlərə böyük önəm verir, “bir millət, iki dövlət” prinsipi ilə münasibətlər qurulub: “Daha güclü Azərbaycan daha güclü Türkiyə deməkdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və 7 rayonunu işğal edib. Türkiyə Azərbaycanın haqq işini dəstəkləyir. Türkiyə və Azərbaycan regionda sabitliyə nail olmağa çalışır və bu münasibətlərdən qonşu dövlətlər də yararlanır. Atatürk “yurdda sülh, cahanda sülh” şüarı ilə çıxış edib. Hesab edirəm ki, Azərbaycan da bu prinsipi bölüşür. Ermənistanın təcavüzünə baxmayaraq, Azərbaycan münaqişənin diplomatik yolla həllini dəstəkləyir. Eyni zamanda, Azərbaycan güclü ordu yaratmağa nail olub. Rusiya və İranla da yaxşı münasibətlər qurub. Azərbaycan dünyəvi ölkədir, mötədil inkişafın tərəfdarıdır. Türkiyə və Azərbaycan Avrasiyada təhlükəsizlik mənbələridir və bu, qlobal siyasət üçün faydalıdır, qlobal gərginliyin qarşısını alır. Azərbaycan və Türkiyə böyük dövlətlər arasında gərginliyin azaldılmasına xidmət edə bilər”.
 
Qonaq iki ölkə arasında iqtisadi əlaqələrin siyasi əlaqələrin səviyyəsindən müəyyən qədər geri qaldığını vurğulayıb: “İqtisadi, siyasi, elmi əməkdaşlığı təşviq etməliyik. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Azərbaycan 25 il ərzində Avrasiyanın mərkəzində parlayan bir ulduza çevrilib və gələcəyi də parlaqdır. Türkiyə və Azərbaycanın qardaşlığı daimidir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info