Tərtərdə 1035 hektar ərazidə pambıq əkilib
Tarix: 07.10.2016 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı davam edir.
Rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov bildirib ki, torpaq mülkiyyətçiləri bu ilin məhsulu üçün 7932 hektarda buğda, 4282 hektarda arpa, 195 hektarda lobya, 2 hektarda darı, 1 hektarda sarqo, 153 hektarda qarğıdalı, 918 hektarda dən üçün günəbaxan, 534 hektarda kartof, 1187 hektarda şəkər çuğunduru, 918 hektarda tərəvəz, 1035 hektarda pambıq əkiblər.
Rayonda ötən ilin payızında səpilmiş 12 min 214 hektar taxılın biçilməsi müvəffəqiyyətlə başa çatdırılıb, 29 min 586 ton buğda, 11 min 647 ton arpa tədarük edilib. Hər hektardan məhsuldarlıq orta hesabla 33,8 sentner olub. Taxıl biçini başa çatdıqdan sonra 288,7 hektar sahədə təkrar əkin aparılıb, payızlıq əkinləri üçün 5941 hektar sahə şumlanıb.
Bundan başqa 967 ton lobya, 3 ton darı, 0,2 ton sarqo, 742 ton qarğıdalı, 2148 ton günəbaxan, 5831 ton kartof, 11 min 745 ton tərəvəz, 13 min 655 ton şəkər çuğunduru, 77 ton bostan bitkiləri, 311 ton pambıq, 6591 ton meyvə və giləmeyvə, 580 ton üzüm yığılıb.
Hazırda torpaq mülkiyyətçiləri şəkər çuğunduru, pambıq, meyvə və üzüm yığımını davam etdirirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info