İmişli Şəkər Zavodunun səhmlərinin 40%-i satışa çıxarılacaq
Tarix: 07.10.2016 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


"Azərsun Holdinq"ə məxsus İmişli Şəkər Zavodunun səhmlərinin təxminən 40%-i London birjasında İPO üsulu ilə satışa çıxarılacaq. Bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının Aqrar inkişaf komissiyasının iclasında komissiyanın sədri, "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Gözəl deyib.
 “Bizim 1-2 şirkətimiz London birjasında İPO keçirtmək istədi. Lakin, bu o qədər uğurlu alınmadı. Hazırda İmişli Şəkər Zavodunun səhmlərinin satışa çıxarılması istiqamətində iş aparılır. Ümid edirik ki, bu addım uğurlu olacaq”.
O əlavə edib ki, İPO-nun keçirilməsi ilə əlaqədar zavodda ciddi audit aparılıb: “Çünki, bilirsiniz ki, səhmlərin İPO üsulu ilə satışa çıxarılması zamanı audit şirkəti ardıcıl 4 il müddətində bu niyyətdə olan şirkətdə audit aparmalıdır. Gözləyirik ki, iki il sonra bu niyyətimizi həyata keçirək”. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info