Tevos Arşakyan: “Xalqı aclıq içində olan Ermənistanın Suriyaya yardım etməsi ağılsızlıqdır”
Tarix: 07.10.2016 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Ermənistanda minlərlə uşaq aclıqdan əziyyət çəkir, müharibə əlilləri dilənçi payına möhtac yaşayırlar. Suriyaya göndərilən 100 min dollarlıq humanitar yardımı aclıqdan əziyyət çəkən xalqa sərf etmək olmazdımı?

Ermənistanın Suriyaya humanitar yardım göndərməsi ilə bağlı məlumat elə işğalçı ölkənin özündə ciddi narazılıq yaradıb. İrəvan hava limanından yardım təyyarəsini Ermənistan rəsmiləri ilə yanaşı, Rusiya səfiri İvan Volıkin də yola salıb. Yardım təyyarəsi artıq Hmmeym bazasına enib. Ermənistan tərəfi işin təşkilindəki yardımına görə Rusiya Müdafiə Nazirliyinə təşəkkür edib. Rusiyaya məxsus “İl-76” təyyarəsində 40 ton konserv, un, şəkər, tərəvəz olub.
Humanitar yardıma Ermənistan hökumətinin 100 min dollar xərclədiyi qeyd edilir. Erməni ekspert Tevos Arşakyan “ArmenianReport”a təqdim etdiyi yazıda bu məsələni ciddi şəkildə tənqid edib. Ekspert yazır: “Əvvəlki vaxtlar olsaydı, mən da kasıb Ermənistanın Suriyaya yardım etməsini alqışlayardım. Münaqişəyə qədər Suriyada təxminən 110 min erməni yaşadığını nəzərə alsaq, bu, başa düşülən ola bilərdi. Amma Suriyada məlum münaqişə başlayandan sonra 100 minə yaxın erməni Suriyanı tərk etməyə məcbur olub.

“Yüz minlərlə erməni aclıqdan çıxış yolu kimi miqrasiyanı seçib. Onlar Ermənistan iqtisadiyyatının bir də nə vaxtsa dirçələcəyinə inanmırlar. 1988-ci il zəlzələsindən sonra dağılan Şirak vilayəti hələ də dağılmış vəziyyətdə qalaraq özünə gələ bilməyib. Atəş altında olan Tavuş vilayəti gözlərimizin qarşısında adam yaşamayan yerə çevrilib”

Deməli, özü ac vəziyyətdə olan Ermənistanın 100 min dollarlıq yardımı ermənilər üçün deyil, Əsəd və onun əsgərlərini yedizdirmək üçün göndərilib. Məsələ ondadır ki, Moskva özü təkbaşına Əsədin əsgərlərini yardımla təmin etmək istəmir, bu məsələnin bir hissəsini İrəvanın boynuna qoyub. Moskvanın yardımları bölüşmək tələbinə, təbii ki, ilk olaraq Ermənistan müsbət cavab verib. Bunu təsdiq edən faktlardan biri də odur ki, Rusiyanın Ermənistandakı səfiri şəxsən hava limanına gələrək yüklərin hamısını diqqətlə yoxlamadan keçirməsidir. Yoxlayırdı ki, görsün Moskvanın tələb etdiyi ərzaqların hamısı toplanıbmı. Məsələni pərdələməyə çalışan Ermənistan hakimiyyəti yalançı humanist dövlət imici yaratmağa çalışır. Əhalisinin böyük əksəriyyətinin aclıq içində olduğu bir dövlətin bu qədər pulu səpələməsi ağılsızlıqdır. Yüz minlərlə erməni aclıqdan çıxış yolu kimi miqrasiyanı seçib.

“Bu qədər pula nə qədər erməni uşağının qarnını doyuzdurmaq, onları normal geyimlə təmin etmək, bir neçə ailənin mənzil problemini həll etmək olardı . Şirak və ya Tavuşda dağılmış vəziyyətdə olan bir neçə kəndi bərpa etmək, məktəbi olmayan kəndlərin bəzisində məktəb binası inşa etmək olardı”

Onlar Ermənistan iqtisadiyyatının bir də nə vaxtsa dirçələcəyinə inanmırlar. 1988-ci il zəlzələsindən sonra dağılan Şirak vilayəti hələ də dağılmış vəziyyətdə qalaraq özünə gələ bilməyib. Atəş altında olan Tavuş vilayəti gözlərimizin qarşısında adam yaşamayan yerə çevrilib. Ermənistanda minlərlə uşaq aclıqdan əziyyət çəkir, müharibə əlilləri dilənçi payına möhtac yaşayırlar. Suriyaya göndərilən 100 min dollarlıq humanitar yardımı aclıqdan əziyyət çəkən xalqa sərf etmək olmazdımı? Bu qədər pula nə qədər erməni uşağının qarnını doyuzdurmaq, onları normal geyimlə təmin etmək, bir neçə ailənin mənzil problemini həll etmək olardı. Şirak və ya Tavuşda dağılmış vəziyyətdə olan bir neçə kəndi bərpa etmək, məktəbi olmayan kəndlərin bəzisində məktəb binası inşa etmək olardı. Doğrudur, Ermənistan o qədər ağır iqtisadi-sosial vəziyyətdə yaşayır ki, bu problemləri 100 min dollarla həll etmək mümkün deyil. Amma hər halda, ölkənin, xalqın xeyri üçün nə isə etmək olardı. Amma tox suriyalılar, yalançı “xeyirxah” dövlət imici və rusların kölələri Sərkisyan üçün ac erməni xalqından daha üstündür”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info