“Avrodan imtina Avropa iqtisadiyyatının iflic vəziyyətinə son qoya bilər”
Tarix: 07.10.2016 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Nobel mükafatçısı Cozef Stiqlis:
“Batan gəmi”ni ilk olaraq İtaliya tərk edəcək. İtalyanlar avrozona ilə vidalaşmanı ölkə üçün faciə hesab etmirlər”

Son aylar Suriya böhranı Avropanı daxilindəki problemləri bir qədər kölgədə qoysa da, avrozona çıxılmaz vəziyyətlə üzləşib. Bunu Avropa İttifaqının Bratislavada keçirilən son uğursuz zirvə toplantısı da sübut etdi. İqtisadiyyat üzrə Nobel mükafatçısı, amerikalı iqtisadçı Cozef Stiqlis də avrozonanın bu minvalla gec-tez uçuruma sürüklənəcəyini etiraf edib.
O qeyd edib ki, “batan gəmi”ni ilk olaraq İtaliya tərk edəcək.

Onun sözlərinə görə, italyanlar avrozona ilə vidalaşmanı ölkə üçün o qədər də böyük faciə hesab etmirlər. Dünya şöhrətli alim, bir müddət əvvəl Dünya Bankının baş iqtisadçısı olmuş Cozef Stiqlis bu məsələ ilə bağlı öz fikirlərini Almaniyanın “Welt” saytına verdiyi müsahibədə açıqlayıb . Onun fikrincə, Avropanın hazırkı siyasəti dərin islahatlar aparılmayacağı təqdirdə avrozonanı böhrandan xilas etməyəcək. Çünki Avropa İttifaqına üzv dövlətlərin bir çoxunun avrozonada bank ittifaqının yaradılması və yatırımların təminatına kifayət qədər inamı yoxdur. İqtisadçı alimə görə, Avropa həmrəyliyi, demək olar ki, elə milli sərhədlərdə bitir. Nəşrin 10 ildən sonra da avrozonanın, Avropa İttifaqının taleyinin necə olacağı barədə sualına Stiqlisin cavabı birmənalı olmayıb. O, böyük ehtimalla təşkilatın mövcud ola biləcəyini ehtmal etsə də, hazırkı üzv dövlətlərin birlikdə ola biləcəyinin çətin bir sual olduğunu nəzərə çatdırıb. O, nümunə kimi, İtaliyanı qeyd edib. Nobel mükafatçısı qeyd edib ki, artıq indidən italyanlar avroya inamlarını itiriblər. Məlumdur ki, İtaliya iqtisadiyyatında böhran yaşanır. Hazırda ölkə bankları “çürük kreditlər”in böyük məbləğləri ilə mübarizə aparırlar. İtaliya iqtisadiyyatının son 10 ildəki bərbad vəziyyətinə diqqət çəkən Stiqlis bu ölkənin gələcəkdə Avropanın vahid valyuta zonasında qalacağına şübhə edir. İqtisadçı alim ABŞ-da böhranın aradan qalxmağa başladığını qeyd edərək, Avropanın yerində saydığını bildirib: “Əsas günah avrodadır. Məhz vahid Avropa valyutasından imtina “köhnə qitə” iqtisadiyyatının iflic vəziyyətinə son qoya bilər”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info