Tanınmış futbolçu alimenti ödəmədiyi üçün stadionda həbs edildi
Tarix: 07.10.2016 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


DÇ-2018-in seçmə mərhələsinin Cənubi Amerika zonasında keçirilən Ekvador - Çili matçında maraqlı hadisə baş verib.
Meydan sahiblərinin tanınmış hücumçusu Enner Valensiyanın oyunun gedişində başı polislə bəlaya girib. Belə ki, alimenti ödəmədiyi üçün haqqında həbs qərarı çıxan Valensiyanı görüşdən əvvəl polislər stadiondan aparmağa çalışıblar. Ancaq məşqçilər korpusu və federasiya rəsmiləri araya girərək, bunu əngəlləyə biliblər. Start heyətində meydana çıxan və komandasının ilk qoluna imza atan 27 yaşlı forvard 82-ci dəqiqədə zədələndiyini işarə edərək, yerdə qalıb. Ancaq sən demə, “Everton”un oyunçusu polisdən yaxa qurtarmaq üçün bu addımı atıb. Təcili tibbi yardım maşını ilə meydançanı tərk edərkən polislər Valensiyanın qaçacağından şübhələnib onu bölməyə aparıblar. Qeyd edək ki, Ekvadorun 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Enner Valensiya 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalına sahib olub
17.11.2018
Azərbaycan millisi Farer adaları komandasını məğlub etdi
17.11.2018
Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub
17.11.2018
“Neymar qayıtmaq istəsə, Barcelona-da ona heç kim mane olmayacaq”
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info