Koreya yarımadasında nüvə müharibəsi təhlükəsi real xarakter alıb
Tarix: 27.03.2013 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


“ABŞ və Cənubi Koreyanın təxribatçı hərəkətləri Koreya yarımadasındakı vəziyyəti nüvə müharibəsi təhlükəsinə yaxınlaşdırır”. Koreya Xalq-Demokratik Respublikası Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda belə deyilir. KXDR belə hərəkətlər sırasında davam edən ABŞ-Cənubi Koreya manevrlərini göstərib. Pxenyanda həmçinin bildiriblər ki, ABŞ-ın strateji raketləri «hazırda KXDR-ə istiqamətləniblər, ABŞ-nın nüvə silahı ilə təchiz olunmuş atom sualtı qayıqları Cənubi Koreya sahillərindədirlər». «Nəticədə Koreya yarımadasında nüvə müharibəsi təhlükəsi real olmağa başlayıb»-deyə müraciətdə vurğulanır. XİN bildirir ki, belə şəraitdə «KXDR xalqı və ordusu Koreya xalq ordusunun ali komandanlığının bəyanatını tam olaraq dəstəkləyir». Bəyanatda «ölkənin suverenliyinin müdafiəsi naminə raket hissələri və uzaqvuran artilleriyanın tam döyüş hazırlığı vəziyyətinə gətirildiyi» bildirilir. Bəyanata əsasən, KXDR «artıq ABŞ-ın hərbi təhdidlərinə dözmək fikrində deyil». «Bu andan Koreya xalq ordusunun ali komandanlığı raket hissələri və uzaqvuran artilleriyanın tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini elan edir. Onlar ABŞ-ın Havay adalarında, Quamda, Cənubi Koreyada və qitə ərazisindəki hərbi bazalarını hədəfə götürəcəklər»,-deyə bəyanat müəllifləri bildirirlər.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Çində İkinci Dünya müharibəsindən qalan artilleriya mərmisi tapılıb
18.03.2019
Avstriyanın Zaltsburq şəhərində Novruz şənliyi keçirilib
17.03.2019
Beynəlxalq koalisiya Suriyaya zərbə endirdi
17.03.2019
İndoneziyanın Papua əyalətindəki seldə 50 nəfər həyatını itirdi
17.03.2019
Dünya niyə bu hadisəni törədənə terrorçu demədi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info