Neymar karyerasında 300-cü qolunu vurub
Tarix: 07.10.2016 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


İspaniyanın “Barselona” klubunun və Braziliya yığma komandasının futbolçusu Neymar yubiley qoluna imza atıb. “Sambaçı” karyerasında 300-cü qolunu vurub. İyirmi dörd yaşlı hücumçu bunu 2018-ci il Dünya Çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsi çərçivəsində Boliviya ilə matçda gerçəkləşdirib.
Braziliya millisinin 5:0 hesablı qələbə qazandığı görüşdə Neymar qollardan birinin müəllifi olub. O, indiyədək “Barselona”da 95, “Santos”da 138, Braziliyanın əsas yığmasında 49, ölkənin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət millilərində isə 18 dəfə fərqlənib. Neymar əsas yığmadakı qol sayında millinin sabiq hücumçusu Zikonu üstələyib. Gənc forvard hazırda bombardirliyə görə, Pele (77 qol), Ronaldo (62) və Romarioyadan (55) geri qalır. Qeyd edək ki, Boliviya ilə görüşün 65-ci dəqiqəsində Neymar sifətindən güclü zərbə alıb. Boliviyalı hücumçu Yasmani Dukun endirdiyi zərbə nəticəsində braziliyalı forvardın sifəti qana bulanıb. Həkimlər onu əvəzləməyə qərar verib.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info