Şəhriyar Məmmədyarov Serbiya klubunda
Tarix: 07.10.2016 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Azərbaycanı şahmat üzrə klublararası Avropa çempionatında təmsil edəcək “Odlar Yurdu” komandalarının heyətləri açıqlanıb. Noyabrın 5-13-də Serbiyanın Novi Sad şəhərində keçiriləcək yarışda ölkəmizi yalnız yığmamızın üzvləri təmsil etməyəcəklər.
Belə ki, qadınların turnirində mübarizə aparacaq “Odlar Yurdu”nu görüşlərə kapitan kimi Fikrət Sideyfzadə aparacaq. O, Novi Sadda həmyerlilərimiz - Zeynəb Məmməryarova (2338), Gülnar Məmmədova (2364), Nərmin Kazımova (2323), Günay Məmmədzadə (2371) və Aydan Höccətova (2316) “beşliyi”nə güvənəcək. Komandamız orta reytinqinə əsasən çempionata gələcək 17 klub arasında 5-cidir - 2349 xal. Yarışın reytinq-favoriti isə Monakonun “Monte-Karlo” klubudur (2552). Bu komandanın heyəti Hou Yifan (Çin, 2649), Pia Kramlinq (İsveç, 2464), Almira Skripçenko (2456, Fransa), Mariya Muziçuk (2532) və Anna Muziçuk (hər ikisi Ukrayna, 2561) kimi qrossmeysterlərdən təşkil olunub.
Kişilərin yarışına qatılacaq “Odlar Yurdu” üçün isə hələlik 8 şahmatçı sifariş edilib. Bunlar Rauf Məmmədov (2678), Arkadi Naydiç (2684), Eltac Səfərli (2694), Teymur Rəcəbov (2710), Nicat Abbasov (2565), Vasif Durarbəyli (2608), Qədir Hüseynov (2629) və Emil Sutovskidir (2620). Orta reytinqi 2669 xal olan klubumuz 61 komanda arasında 8-cidi. Siyahıya 2744 xalla “Siberya” (Rusiya) başçılıq edir. Maraqlı məqam isə Şəhriyar Məmmədyarovun (2762) yerli klubda deyil, ev sahiblərinin heyətində çıxış etməsidir. Yarışdan imtina edən SOCAR-ın sabiq lideri Serbiyanın “Sveti Nikolay Srpski” oynayacaq. O, komandasının birinci lövhəsində mübarizə aparacaq.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçı dünya mediasının diqqət mərkəzindədir
24.05.2019
Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
24.05.2019
“Çelsi”nin qapıçısı: “Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar“
24.05.2019
Stiv Nikol: “Mxitaryanın Bakıda oynamaması komanda üçün çox da böyük itki deyil” - VİDEO
24.05.2019
Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı start götürüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info