Şahid: “Zərərsizləşdirdiyim şəxsin üzərindən qumbara çıxdı“
Tarix: 07.10.2016 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Abbas Hüseynov hakimdən xahiş edib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) sorğu verib, onların həbs olunmalarının səbəbini öyrənsin. Hakim isə buna səlahiyyətlərinin olmadığını deyib.
Daha sonra iclasda zərərçəkmiş qismində BMCMİ-nin əməkdaşı Həmzə Zahidov ifadə verib. O, əməliyyat zamanı Ramin Yarıyevi zərərsizləşdirdiyini, onun əlində bıçaq olduğunu, üzərindən qumbara çıxdığını deyib. O, hadisə zamanı mənəvi zərər çəkdiyini, R. Yarıyevin ona xəsarət yetirmədiyini də bildirib. Zərər çəkmiş şəxs qismində tanınmış Həmzə Bağdad oğlu Zahidov iş üzrə ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, Baş İdarəyə Taleh Bağırov və tərəfdarları barəsində daxil olmuş məlumat əsasında Bünyətov Əbülfəz Heybət oğluna məxsus Nardaranda yerləşən fərdi yaşayış evində əməliyyat tədbiri keçiriblər. Əməliyyat zamanı o, evdə əllərində qumbara, bıçaq, xəncər, nunçaqi, odlu silahlar və s. olan şəxsləri görüb. O, əlində bıçaq olan şəxsi zərərsizləşdirib. Həmin şəxsin kimliyi müəyyənləşdirilərkən Yariyev Ramin Məhərrəm oğlu olması müəyyən edilib. Baxış keçirilərkən R. Yariyevin alın, burun, yanaq və dodaq nahiyələrində qançır və sıyrıq xəsarətlərinin olması aşkar edilib. Onun əynində olan şalvarın arxa sağ cibindən bir ədəd alışdırıcısı ilə birlikdə əl qumbarası, əlində bir ədəd bıçaq, əynindəki şalvarın sağ yan cibindən Taleh Bağırovun müraciət kitabı aşkar edilərək götürülüb. Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı heç bir xəsarət almayıb. Vəkillər ondan hansı xəsarət alması, nə üçün zərərçəkən kimi tanınması haqqında soruşublar. O, silahlı müqavimətlə üzləşdiyini, mənəvi zərər çəkdiyini deyib. Daha sonra prosesdə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Elmir Ələsgərov ifadə verib. O deyib ki, noyabrın 5-də polis idarəsinin qarşısına bir qrup şəxsin toplaşması barədə onlara məlumat daxil olub. Həmin zaman o, stadionda olub. İdarənin qarşısına gələndə bir qrup şəxsin Elçin Qasımovun azadlığa buraxılmasını tələb etdiyini görüb: “Biz onlardan ictimai asayişi pozmamağı tələb etdik. Onlar isə bizə tabe olmadılar. Taxta, dəmir və daşla bizə hücum etdilər. Nəticədə bir neçə polis əməkdaşı xəsarət aldı. Mənim isə əl qandalım kütlənin arasında itdi”. O, təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını, şikayət və tələbinin olmadığını deyib. Vəkillər ondan Nardaranda baş vermiş hadisə ilə bağlı nəyə görə zərərçəkmiş kimi tanınması və məhkəmədə gəlib ifadə verməsi haqqında soruşan zaman isə şahid deyib ki, ondan gəlib ifadə verməyi istəyiblər: “Mənə dedilər gəlib ifadə vermək lazımdır, mən də gəldim”. O, ifadəsinin müstəntiq tərəfindən öz sözləri ilə yazdığını da bildirib. Elmir Ələsgərov iş üzrə istintaq zamanı verdiyi ifadəsində isə 5 noyabr 2015-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin qarşısında iğtişaş törədən kütlənin arasında qalan zaman 1 ədəd əl qandalı və 1 ədəd rezin dəyənəyinin itirildiyini, 1 ədəd gözlüklü dəbilqə və 1 ədəd qoruyucu qalxanının isə onlara atılan daş, dəmir parçalarının dəyməsi nəticəsində çatladığını göstərib. Prosesdə Sabunçu Rayon Polis idarəsinin əməkdaşı Xəqani Davudov da ifadə verib. O, noyabrın 5-də polis idarəsinin qarşısında baş verən hadisə zamanı xəsarət almadığını, kaskasının şüşəsinin sındığını deyib. Təqsirləndirilən şəxsləri tanımadığını deyən şahid onlara qarşı şikayət və tələbinin olmadığını söyləyib. Sabunçu RPİ-nin PPX bölüyünün polis nəfəri Davudov Xaqani İlyas oğlu iş üzrə ibtidai istintaqa verdiyi ifadəsində 05 noyabr 2015-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin qarşısında iğtişaş törədən kütlənin arasında qalan zaman 1 ədəd əl qandalı və 1 ədəd rezin dəyənəyinin itirildiyini, 1 ədəd gözlüklü dəbilqə və 1 ədəd qoruyucu qalxanının isə onlara atılan daş, dəmir parçaları dəyməsi nəticəsində çatladığını göstərib. İclasda ifadə verən Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Yunis Məmmədov da oxşar ifadə verərək göstərib ki, hər hansı şikayəti yoxdur. Ona gəlib ifadə verməsini dedikləri üçün gəlib ifadə verib. Zərərçəkmiş şəxs, Sabunçu RPİ-nin PPX bölüyünün polis nəfəri Məmmədov Yunis Tağı oğlu iş üzrə ibtidai istintaqa ifadəsində 5 noyabr 2015-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin qarşısında iğtişaş törədən kütlənin arasında qalan zaman 2 ədəd əl qandalı, 1 ədəd qaz balonu və 1 ədəd rezin dəyənəyinin itdiyini, onlara atılan daş və dəmir parçalarının dəyməsi nəticəsində 1 ədəd gözlüklü dəbilqə və 1 ədəd qoruyucu qalxanının isə çatladığını göstərib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Şahin Abdullayev isə prosesdə verdiyi ifadəsində noyabrın 5-də polis idarəsinin qarşısında baş vermiş hadisə zamanı dizindən xəsarət aldığını deyib. Təqsirləndirilən Bəhruz Əsgərov isə şahidi tanıdığını, idarədə onlarla yaxşı rəftar etdiyini deyib. İşdə zərərçəkmiş kimi tanınan, Sabunçu RPİ-nin 12-ci PB-nin CA üzrə kiçik inspektoru Abdullayev Şahid Vahid oğlu iş üzrə ibtidai istintaqa verdiyi ifadəsində 5 noyabr 2015-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin qarşısında iğtişaş törədən kütlənin içindən atılan daşlarin ona dəyməsi nəticəsində ayağından xəsarət aldığını, kütləni qızışdıran “Ağaəli” adlı şəxsi tanıdığını göstərib. Sabunçu Rayon Polis İdarəsinin daha bir əməkdaşı Xətai Məmmədov da oxşar məzmunlu ifadə verərək dəyənəyinin itdiyini bildirib. Zərərçəkmiş şəxs, Sabunçu RPİ-nin PPX bölüyünün polis nəfəri Məmmədov Xətai Nazim oğlu iş üzrə ibtidai istintaqa verdiyi ifadəsində 5 noyabr 2015-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin qarşısında iğtişaş törədən kütlənin arasında qalan zaman 1 ədəd əl qandalı və 1 ədəd rezin dəyənəyinin itdiyini, onlara atılan daş və dəmir parçalarının dəyməsi nəticəsində 1 ədəd gözlüklü dəbilqə və 1 ədəd qoruyucu qalxanının isə çatladığını göstərib. Daha sonra iclasda hakim Əlövsət Abbasov Baş Mütəşəkkil Cinyətkarlıqla Mübarizə İdarəsinə etdikləri sorğulara cavab gəldiyini deyib. Qeyd edib ki, sorğuya cavab olaraq bildirilir ki, idarənin həyətində müşahidə kameraları yoxdur. Təqsirləndirilən şəxslər saxlanılan zaman əyinlərində olan paltarlar isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İdarəsinə verilib. Həmin paltarları oradan almaları xahiş olunur. Proses oktyabrın 11-də davam edəcək.
Rasim




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info