Şimal-Cənub dəhlizinin bütün iştirakçıları yükdaşıma prosesinə qoşulub
Tarix: 08.10.2016 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Hindistandan göndərilən 5 universal konteynerlərdən 3-ü Astarada qəbul edilib və Rusiyaya yola salınıb

Dünən ilk dəfə olaraq Şimal-Cənub nəqliyyat dəhlizi ilə Hindistanın Banqalor şəhərindən Rusiyanın Vorsino stansiyasına test olaraq göndərilməsi planlaşdırılan elektrik avadanlıqlar və onlara ehtiyat hissələri ilə yüklənmiş 5 ədəd 40 futluq universal konteynerlərdən 3-ü "ADY Express" şirkətinin Astara yük həyətində qəbul edilib.
"ADY Express"dən verilən məlumata görə, yüklər platformalara yükləndikdən sonra Astara stansiyasından təyinatı üzrə yola salınıb. Konteynerlər Hindistanın Mumbay şəhərindən dəniz vasitəsilə İranın Bəndər Abbas limanına, oradan dəmir yolu ilə Qəzvin stansiyasına, daha sonra isə avtomobillərlə Azərbaycan Astarasına çatdırılaraq, Rusiyaya yola salınıb. "Artıq demək olar ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bütün iştirakçı ölkələri yükdaşıma prosesinə qoşulublar", - deyə məlumatda bildirilir. Bir neçə gün öncə isə "ADY Express" Cənub-Qərb nəqliyyat dəhlizi ilə daha bir əməliyyat həyata keçirib. Belə ki, İrandan Avropaya göndərilən mərmərlə yüklənmiş 10 ədəd 20 futluq konteynerlər, yük avtomobillərdən dəmir yolu platformalarına aşırılaraq, Astara dəmir yolu stansiyasından yola salınıb. Xatırladaq ki, hələlik yüklər İrandan Azərbaycana avtomobillərlə daxil olur. Astarada "ADY Express"ə məxsus yük həyətində vaqonlara aşırılaraq Astara dəmir yolu stansiyasından yola salınır. Həmin yüklərin İrandan Azərbaycana yük avtomobilləri ilə daxil olması və sonradan Astarada vaqonlara yüklənməsi Azərbaycan Prezidentinin fərmanı və sonradan Nazirlər Kabinetinin bu fərmandan irəli gələn qaydaların təsdiq etməsi nəticəsində mümkün olub. Həmin fərmana uyğun olaraq, Azərbaycan ərazisindən, sonrakı nəqli dəmir yolları ilə edilməsi şərti ilə, yükləri daşıyan xarici avtomobil nəqliyyatı vasitələri rüsum və yol vergisindən azad olunublar və bu da öz növbəsində Azərbaycan ərazisindən yükdaşımaları ucuzlaşdırmaqla nəqliyyat dəhlizinə yüklərin cəlb olunması üçün əlverişli şərait yaradıb. Astaraçay üzərində salınan dəmir yolu körpüsünün tikintisi isə başa çatmaq üzrədir. inşa edilən körpü və salınan yeni dəmir yolu Azərbaycanın Astara Stansiyası ilə İran-Astara stansiyasını birləşdiriləcək ki, bu da öz növbəsində Şimal-Cənub və Cənub-Qərb marşrutlarında yük dövriyyəsinin intensivləşməsinə böyük təkan verəcək.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info