“Azərsun Holdinq” bir neçə yeni məhsulunu xarici bazara “Made in Azerbaijan” brendi ilə çıxaracaq (Yenilənib)
Tarix: 08.10.2016 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) aqrar inkişaf və ailə kəndli təsərrüfatları ilə iş komissiyasının növbəti yığıncağı keçirilib. Komissiyanın sədri, “Azərsun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdulbari Gözəl son illər dünya bazarında neftin qiymətinin ucuzlaşması fonunda bir çox hasilatçı ölkələrin iqtisadiyyatında çətinliklər yarandığını deyib: “Prezident İlham Əliyevin yerli istehsalın stimullaşdırılması və aqrar sahənin daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıqları istiqamətində hazırda Azərbaycan sahibkarları tərəfindən mühüm işlər görülür”.
“Azərsun Holdinq” Şirkətlər Qrupu bir neçə yeni məhsulunu “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarmağa hazırlaşır”. Bu barədə “Azərsun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdulbari Gözəl məlumat verib.
Bildirib ki, Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq edilməsi haqqında” Fərmanı istiqamətində “Azərsun Holdinq” tərəfindən də mühüm işlər görülür: “Azərsun Holdinq” tərəfindən indiyədək 200 hektar sahədə 200 minədək meyvə ağacı əkilib. Şirkətlər Qrupunun “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxaracağı yeni məhsullar nar məhsulları və enerji şirələridir”.

“Nə ediriksə, dövlətimiz üçün edirik"

Abdulbari Gözəl bildirib ki, "Azərsun Holdinq"i bəzən monopolist olmaqda ittiham edirlər, amma mən bu fikirlə razı deyiləm: “Bazarda bizim istehsal etdiyimiz məhsulların çeşidindən eynisini istehsal edən başqa şirkətlər də var. Məsələn, “Gilan Holdinq", "Karat Holdinq" və s. Nəticədə, istehlakçının seçimi artır. Bu, həm də rəqabət yaradır və məhsulun keyfiyyətinə müsbət təsir edir. Hamımız eyni qayıqda oturmuşuq. Nə ediriksə, dövlətimiz üçün edirik”.

“Biz yerli xammalın
payını 40%-ə çatdırmaq
istəyirik”


Komissiya sədri onu da bildirib ki, mətbuatda son zamanlar "Azərsun Holdinq"in istehsal etdiyi məhsulların qiymətinin artması ilə bağlı əsassız xəbərlər yayılıb.: “Məlumatı yanlış təqdim edirlər. Bizim istehsal etdiyimiz məhsulların dəyəri 30% artıb. Lakin buna toxunan yoxdur. Məsələnin fərqinə varmaq lazımdır. Düzdür, biz yağı xaricdən gətiririk. Lakin şəkər istehsalı 15% yerli xammala, 85% isə idxala bağlıdır. Biz yerli xammalın payını 40%-ə çatdırmaq istəyirik. Bunun üçün təxminən 100 milyon dollarlıq investisiya lazımdır. Bu yatırıma hazırıq. Duz, konserv və tomat istehsalı 100% yerli xammala əsaslanır. Lakin bu məhsulların qazlaşdırılması idxala bağlıdır. Qablaşdırmanın yerli məhsul hesabına aparılması üçün iş aparırıq. Əgər bu məhsullar bahalaşarsa, ağ bayraq qaldırmağa hazıram”.

"Neftin qiyməti 50 dolları ötən kimi, ABŞ düyməni
sıxır"

Qlobal iqtisadiyyatda mənfi proseslər davam etməkdə olduğunu deyən komissiya sədri bildirib ki, neftin qiyməti 50 dolları ötən kimi, ABŞ düyməni sıxır, buruqlar işə salınır, nəticədə neft ucuzlaşır: “Bu isə bir çox ölkələrə mənfi təsir edir. Lakin bizim xoşbəxtçiliyimiz ondadır ki, ölkə başçısı İlham Əliyev bu proseslər başlamadan qeyri-neft sektorunun inkişafına dəstək verdi. Bunun da bəhrəsini görürük. Düzdür, Azərbaycanın ənənəvi ixrac məhsulu neftdir. Neft ixrac olunmadıqca valyuta daxilolmaları azalır. Lakin bunu qeyri-neft ixracının hesabına kompensasiya etmək olar. Buna görə, qeyri-neft məhsullarının istehsalçıları daha aktiv olmalıdır".

İmişli Şəkər Zavodunun səhmlərinin 40 faizi satışa çıxarılacaq

A.Gözəl qeyd edib ki, "Azərsun Holdinq"ə məxsus İmişli Şəkər Zavodunun səhmlərinin təxminən 40%-i London birjasında İPO üsulu ilə satışa çıxarılacaq: “Bizim 1-2 şirkətimiz London birjasında İPO keçirtmək istədi. Lakin, bu o qədər uğurlu alınmadı. Hazırda İmişli Şəkər Zavodunun səhmlərinin satışa çıxarılması istiqamətində iş aparılır. Ümid edirik ki, bu addım uğurlu olacaq”.
O əlavə edib ki, İPO-nun keçirilməsi ilə əlaqədar zavodda ciddi audit aparılıb: “Çünki, bilirsiniz ki, səhmlərin İPO üsulu ilə satışa çıxarılması zamanı audit şirkəti ardıcıl 4 il müddətində bu niyyətdə olan şirkətdə audit aparmalıdır. Gözləyirik ki, iki il sonra bu niyyətimizi həyata keçirək”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info