“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” 
Tarix: 10.10.2016 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda II Beynəlxalq elmi konfrans başlayıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan mühacirət ədəbiyyatının çoxcəhətli əhəmiyyətini, onun tədqiq olunmasını zəruri edən amillər, bu sahədə ədəbiyyatşünaslığın qarşısında duran vəzifələri qeyd edib. İ. Həbibbəyli bildirib ki, konfrans mühacirət ədəbiyyatına daha sistemli yanaşmağa xidmət edir: “Mühacirət ədəbiyyatı üzrə artıq elmi işlər yazılır, müdafiə edilir. Mühacirət ədəbiyyatı ölkədən kənarda yaransa da Azərbaycan ədəbiyyatının tərkib hissəsidir. Ona görə də mühacirət ədəbiyyatı seriyasından bir neçə kitab çap ediləcək. Biz bu ədəbiyyata kompleks yanaşmalıyıq”. Akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nərgiz Axundova və başqaları mühacirət ədəbiyyatının ideya mahiyyətindən, yaradıcılıq prinsiplərindən, konfransın əhəmiyyətindən danışıblar.
Daha sonra mühacirət ədəbiyyatının problemlərindən bəhs edən məruzələr dinlənilib.  

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info