Görülən işləri qara rəngdə görənlərə...
Tarix: 10.10.2016 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


2016-cı il iqtisadiyyat üçün ağır sınaq ili kimi tarixə düşəcək. Lakin bu il eyni zamanda Azərbaycan iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması sahəsində dönüş ili kimi də tarixdə qalacaq. Çünki, Azərbaycan hökuməti neftin qiymətlərinin yaratdığı çətinliklərə ciddi islahatlarla cavab vermək seçimi etdi. Bu, hər kəsin gözləri qarşısında baş verən böyük bir həqiqətdir. Belə olmasaydı, iqtisadiyyatımızda ümumi azalmalara baxmayaraq, Davos Dünya İqtisadi Forumu Azərbaycanı keçən ildəki 40-cı yerdən bu il 37-ci yerə qaldırmazdı. Cari ilin ötən dövrü ərzində buna bənzər addımlar dünyanın başqa nüfuzlu reytinq agentlikləri və Beynəlxalq iqtisadi, maliyyə qurumları tərəfindən də atılmışdı. Bu təşkilatlar Azərbaycannın apardığı iqtisadi islahatlara yardımçı olmaq təşəbbüslərini dəfələrlə bəyan ediblər. Azərbaycan bütün sahələrdə olduğu kimi iqtisadi sahədə də öz yolu ilə gedir. Bu çox döğru yoldur. Hər yolun çətinlikləri olur. Bu yolda bizim də qarşımıza çıxan çətinliklər olur və olacaq. Lakin əsas olan budur ki, qarşıya çıxan çətinliklər dərhal dəf olunur. Nüfuzlu Beynəlxalq təşkilatlar ölkəmizdə aparılan islahatlara bu səviyyədə qiymət verdikləri bir zamanda, daxildə kimlərsə aparılan islahatların verəcəyi nəticələri şübhə altına almaqla, yaranmış böhranın onlara verdiyi “fürsətdən” dörd əlli yapışaraq (yapışacaqları başqa heç nə qalmayıb) “iqtisadiyyat batır, hökumət isə inkişafdan danışır” deməklə, düşdükləri siyasi uğursuzluğun altından çıxmağa cəhd edirlər. “Azadlıq” qəzetində gedən bir yazıda siyasi müəllif “2008-2015 –ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nı “təftiş” etməyə cəhd göstərib. Bu qədər səriştəsiz və uğursuz iqtisadi “araşdırmaları” bunlara kim hazırlayır? Harada görünüb ki, bir proqramın icrası təftiş ediləndə, ancaq onun hədəflərini sadalayasan və o hədəflərə hansı səviyyədə çatıldığını əks etdirən göstəricilərin üzərindən vaz keçərək, “hanı hədəf kimi müəyyən edilmiş bu nəticələr?” deyəsən? Bu savadsızlıq deyil, bu sadəcə qısqanclıq və qərəzdir. Həmən Proqramın necə icra olunduğunu əks etdirən bəzi əsas göstəriciləri görülən bütün işlərdə yalnız qara axtaranların yadına salıram.
Proqdamda 2015-ci ilə dənli bitkilərin əkin sahələrini 900 min hektara, ümumi istehsalı 2,8 milyon tona, ət istehsalını 340 min tona, süd və süd məhsullarının istehsalını 2,4 milyon tona, yumurta istehsalını 1,3 milyard ədədə, tərəvəz və bostan bitkilərinin istehsalını 1,72 milyon tona, meyvə istehsalını 800 min tona çatdırmaq nəzərdə tutulmuşdu.
Faktiki olaraq 2015-ci ildə dənli bitkilərin əkin sahələrini 951 min hektar, ümumi istehsalı 3,0 milyon ton, diri çəkidə ət istehsalı 515,6 min ton, yalnız süd istehsalı 1,9 milyon ton, yumurta istehsalı 1,5 milyard ədəd, tərəvəz və bostan bitkilərinin istehsalı 1,76 milyon ton, meyvə istehsalı 886,3 min ton olmuşdur. Proqramda nəzərdə tutulan əsas hədəflərin bu qədər yüksək səviyyədə icrasını “görmədən”, onlara “hanı nəticələr?” deməklə özlərinə ucuz reytinq qazanmaq istəyənlər bilsinər ki, indi heç kimi aldatmaq mümkün deyil. Bu gün iqtisadi çətinliklər var. Ancaq o təkcə bizdə deyil, bütün dünyanı bürüyüb. Vətəndaşlarımız bunu çox yaxşı başa düşürlər.
Bəli, təbii iqlim şəraitinin dəyişməsi və başqa fors - major səbəblər üzündən Proqramla nəzərdə tutulan bəzi hədəflərə yaxınlaşılsada, onlara tam çatmaq mümkün olmamışdı. Bu faciə deyil, hər bir ölkədə istənilən proqramın icrasında baş verə biləcək adi bir haldır. Ona görə də əldə olunan uğurlara kölgə salmaq və insanlarda çaşqınlıq yaratmaq lazım deyil. Vətəndaşlarımız belə siyasi gedişlərin arxasında nəyin gizləndiyini çox yaxşı başa düşürlər...

Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Müxalifət dəyişməlidir...
23.04.2019
“Erməni soyqırımı”, yalanlar və gerçəklər: Qərbin Türkiyəni şantaj siyasəti
23.04.2019
Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
22.04.2019
Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info