“Connect” Niderlandda Azərbaycanla bağlı kütləvi tədbir keçirəcək
Tarix: 10.10.2016 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Niderlandda yaşayan azərbaycanlılar noyabr ayının əvvəlində Niderlandın Zeyland (Zeeland) regionunda, Zirikze (Zierikzee) şəhərində azərbaycanlıların tədbiri keçirəcək. Bu barədə məlumat verən Niderlandda fəaliyyət göstərən "Connect" təşkilatının sədri Vüqar Abbasov qeyd edib ki, tədbir Azərbaycanı yerli insanlara təbliğ etmək məqsədi ilə təşkil olunub: “Tədbirdə biz həm Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasının 25 illiyini, həm də təşkilatımızın yaradılmasının bir illiyini qeyd edəcəyik. Tədbiri Zirikze şəhərindəki kinoteatrda təşkil etməyi planlaşdırmışıq. Tədbirdə Azərbaycanla bağlı iki görüntülü təqdimat  verməyi və iki qısa film nümayiş etdirməyi düşünürük və təbii ki, musiqilərimizi səsləndirmək də bizim planlarımıza daxildir. Təqdimatlardan, filmlərdən sonra isə iştirakçılara ölkəmizlə bağlı suallar ünvanlanacaq, cavab verənlər Azərbaycanla bağlı kitablar və digər hədiyyələrlə mükafatlanacaqlar. Qonaqlar  Azərbaycan şirniyyatı dadmaq imkanı da əldə edəcəklər.   Dəvətlilər əsasən bu ərazidə yaşayanlardırlar. Artıq  tədbir barədə yerli qəzetlərdə məlumatlar, tədbirə çağrışlar dərc olunub və olunmaqda davam edir. Bu tədbirbizim təşkilatın  ilk kütləvi tədbiridir, biz bununla həm də yerli insanların bu kimi tədbirlərə yanaşmalarını yoxlayacağıq ki, bu da bizim gələcək fəaliyyətimiz üçün çox önəmlidir.  Eyni zamanda yerli mətbuat nümayəndələri də tədbirə dəvət alanlar sırasındadırlar. Qeyd etdiyim kimi, bu, bizim  təşkilatın ilk kütləvi tədbiridir və ümid edirik  ki, istədiyimiz kütləviliyi təmin edə biləcəyik” – deyə Vüqar Abbasov əlavə edib. 

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info