“Azrustrans“ birgə müəssisəsinin yaradılması ilə bağlı saziş imzalanıb
Tarix: 10.10.2016 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Bakıda "Azərbaycan Dəmir Yolları" QSC və "Rusaqrotrans" şirkəti tərəfindən "Azrustrans" birgə müəssisəsinin yaradılması ilə bağlı saziş imzalanıb.
Sənədi "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müavini Vüsal Aslanov və "Azrustrans" şirkətinin İdarə Heyətinin sədri Cavid Quliyev imzalayıblar.
 
Şirkət sentyabr ayının əvvəlində Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Müəssisənin 51%-i "Azərbaycan Dəmir Yolları" QSC-yə, 49%-i isə "Rusaqrotrans"a məxsusdur.
 
"Azrustrans" taxıl daşımaları ilə məşğul olacaq. İlkin mərhələdə müəssisə taxıl daşıyan vaqonları səhmdarlarından icarəyə götürəcək, sonrakı mərhələdə isə öz parkını yaradacaq. Hesablamalara görə, şirkət 2500-3000 vaqon almaq niyyətindədir.
 
Şirkət Türkiyə və İrana taxıl tranzitini həyata keçirəcək. Bunu nəzərə alaraq səhmdarlar Azərbaycan-İran sərhədində 30 min ton taxıl saxlamaq iqtidarında olan terminal tikmək niyyətindədir. Sonrakı mərhələdə terminalın imkanları genişləndirilə bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Səkkiz ayda Azərbaycana gələn əcnəbilərin 41,3 faizi hava nəqliyyatından istifadə edib
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!
20.09.2019
“Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsində də inkişaf yaşanır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info