Alpaqut döyüş sənəti üzrə növbəti respublika turniri keçirilib
Tarix: 10.10.2016 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


İsmayıllı Olimpiya Kompleksində alpaqut döyüş sənəti üzrə növbəti respublika turniri keçirilib. Alpaqut Federasiyası və Laçın rayonu Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan, aprel döyüşlərində şəhid olan Ülvin Məmmədovun xatirəsinə həsr olunmuş turnirin keçirilməsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Döyüş Növləri Asossiasiyasının razılığı ilə baş tutub. Turniri giriş sözü ilə federasiyanın prezidenti Aqil Acalov açaraq gənclərimizə vətənpərvərlik ruhu aşılamaq, tariximizə, soy-kökümüzə bağlılıq hissini artırmaq üçün alpaqut döyüş sənəti üzrə turnirləri keçirməkdə davam edəcəklərini vurğulayıb: "Bu gün də idmançılarımızdan gözəl döyüş gözləyirəm. Şəhidimizin, igidimizin xatirəsinin yad olunması isə bizim borcumuzdur. Cənab Prezident də çıxışlarında tariximizə, keçmişimizə sahib çıxmağı, vətən uğrunda şəhid olan qəhrəmanlarımıza layiq olduqları hörməti göstərməyi, gənclərimizi vətənpərvər ruhda yetişdirməyi təlqin edir. Biz də bu yolda üzərimizə düşəni etməyə çalışırıq". Laçın rayonu Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev isə öz çıxışında ölkəmizdə idmana verilən yüksək qiymətdən danışaraq tikilən yeni-yeni olimpiya komitələrində yaradılan şəraitdən də razılığını bildirib: "Prezident İlham Əliyevin idmana qayğısının nəticəsidir ki, Azərbaycan idmançıları uğurla və şərəflə bayrağımızı dalğalandıraraq bir çox yarışlardan qələbə ilə dönürlər, onlar üçün ölkəmizdə hər cür şərait yaradılıb. Bu turnirin şəhidimizin xatirəsinə həsr olunması isə bir xalq olaraq canını vətən üçün, millət üçün sipər edən oğullarımızın unudulmadığını göstərir. Alpaqut Federasiyasının baş katibi Rafiq Qasımov vətənpərvərlik mövzusuna həsr olunmuş turnirlərin bundan sonra da davam edəcəyini söyləyib. Şəhid Ülvin Məmmədovun atası Camal Məmmədov isə turnir təşkilatçılarına təşəkkür edərək oğlunun unudulmadığına görə qürur duyduğunu deyib. Qeyd edək ki, Alpaqut Turan döyüş sənətinin müəllifi Kutsan Vasif Namazov qonaq qismində iştirak edərək turnirin gedişini izləyib. Turnirdə respublikanın müxtəlif bölgələrindən 21 komanda iştirak edib. Üç sistem üzrə (Aypara, Batur, Caymaz) 150 nəfərdən artıq idmançı şəhidin xatirəsinə həsr olunan turnirdə öz güclərini sınayıblar. 1-ci yeri Abşeron komandası qazanıb. 2-ci və 3-cü yerə isə müvafiq olaraq Qaradağ və Ağdam rayonlarından olan komandalar layiq görülüblər.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info