Azərbaycanda keçirilmiş referendum AŞPA Bürosu tərəfindən təsdiqlənib
Tarix: 10.10.2016 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Avropa ŞurasıParlament Assambleyası (AŞPA) Bürosu oktyabrın 10-da Makedoniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, 26 sentyabr 2016-cı ildə Konstitusiya islahatlarına dair referendumla bağlı Azərbaycan üzrə AŞPAqiymətləndirmə missiyasının rəhbəri Aleksandar Nikoloskinin memorandumunu yekdilliklə təsdiqləyib.
 
Bu barədə Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymaov bildirib.
 
E. Süleymanov deyib ki, AŞPA Ad-hok komitəsi 24-27 sentyabr 2016-cı ildə səsverməni izləmək, eləcə də referendum kampaniyasını qiymətləndirmək mandatı çərçivəsində referendumu dəyərləndirmək məqsədilə Azərbaycana səfər edib: “Azərbaycanla bağlı bütün digər müvafiq məsələlər Avropa Şurası ilə Azərbaycan arasında monitorinq dialoqunun bir hissəsidir və ad-hok komitə hakimiyyəti Monitorinq Komitəsi ilə əməkdaşlığı davam etdirməyə və Avropa Şurası Parlament Assambleyasının nəticə və tövsiyələrini yerinə yetirməyə dəvət edir”.
 
Deputatın sözlərinə görə, AŞPA missiyası belə qənaətə gəlib: “Referendum ölkə qanunvericiliyinə və Azərbaycan Konstitusiyasına uyğun təşkil edilib, qanunidir və legitimdir. Missiya qeyd edib ki, seçki günü ərzində səsvermə prosesi yaxşı təşkil edilmişdi və şəffaf, səmərəli və dinc keçdi və olduğumuz məntəqələrdə səslərin sayılmasında son nəticələrə təsir edə biləcək pozuntular müşahidə etmədik. AŞPA missiyası eyni zamanda bildiri ki, Konstitusiyaya dəyişikliklərin qəbul edilməsinin lehinə olaraq, referendumun nəticələri ölkənin təhlükəsiz, sabit və davamlı inkişafı istiqamətində irəliyə doğru addım kimi, Azərbaycan xalqının iradəsini ifadə edir və demokratik və iqtisadi çağırışlara cavab olaraq, daha səmərəli idarəçilik sistemi qurmağa və ölkə üçün zəruri olan daha məzmunlu islahatlar aparmağa yönəlib”.
 
E. Süleymanov bildirib ki, AŞPA Bürosunun üzvləri bu gün Strasburqda memorandumu nəzərdən keçirib, yekdilliklə qəbul edib, bununla da, referendumun rəsmi müşahidə prosesi müsbət qaydada başa çatıb.
 
"Bu islahatlar insan hüquqları, iqtisadiyyat və institutlar sahəsində Azərbaycan Respublikası Konstitusiyasını gücləndirdiyindən, ölkəmizin tarixində yeni və ümidverici bir fəslə zəmin yaratmış olduq", - deyə deputat qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info