ASGA “Milli-mədəni dəyərlərin internet mediada təbliği”nə yekun vurub
Tarix: 10.10.2016 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Milli-mədəni dəyərlərin internet mediada təbliği” - www.CultNews.az layihəsinə yekun vurub.

Azərbaycan Turizm və Menecment Universiteti keçirilən tədbirdə millət vəkilləri, nazirliyin rəsmiləri, QHT və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzi Eldar Aslanov açaraq sözügedən mövzunun müasir dünya çağırışlarına adekvat olduğunu dedi. Ölkəmizin 25 illik müstəqillik dönəmində kifayət qədər uğur əldə etdiyini deyən E. Aslanov milli-mədəni dəyərlərin təbliğində İKT resurslarının yaradılmasının vacib olduğunu deyib.

Sonra ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov çıxış edərək layihənin aktual mövzuya həsr olunduğunu söyləyib. S. Abbasov informasiya məkanının sürətlə internetləşdiyi dövrdə milli dəyərlərin qorunmasının vacibliyini vurğulayıb: “İKT eyni zamanda ən uğurlu təbliğat vasitəsi hesab olunur. Belə ki, bir çox inkişaf etmiş ölkələr öz milli irslərini, tarixi abidələrini internet resurslar üzərindən dünyaya təbliğ edir və beləliklə də həm tarixlərini dünya tarixi irsinə daxil etmiş olur, eyni zamanda öz turizm imkanlarını daha da artırmış olurlar. Bu mənada 3 Avropa ölkəsində nümayəndəliyi olan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası beynəlxalq təcrübəsini əsas tutaraq, bu sahədə boşluğu və ciddi tələbatı nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyinə “Milli-mədəni dəyərlərin internet mediada təbliği” layihəsini təklif etdi. İlkin mərhələdə iki ay davam edən layihə çərçivəsində yaradılan internet resurs mərkəzinin  uzunmüddətli fəaliyyəti nəzərdə tutulub. Biz, eyni zamanda işğal altında olan torpağlarımızda erməni qəsbkarları tərəfindən məhv edilmiş tarixi abidələrimizin sistemli və fərqli şəkildə www.CultNews.az resurs mərkəzində yerləşdirilməsini təmin etdik. Biz sosial şəbəkələrin bütün mümkün imkanlarından istifadə edərək təbliğat və təşviqat işlərinin aparırıq və bu proses bugen də davam edir”

Millət vəkili Elşən Musayev çıxışında ölkə rəhbərliyinin mediaya göstərdiyi diqqət və qayğının dünya üçün model olduğunu deyib. E. Musayev milli-mədəni dəyərlərin internet mediada təbliğndə gənclərin iştirakının vacibliyini qeyd edib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Rəşad Əliyev isə çıxışında təmsil etdiyi nazirliyin sözügedən mövzuda ciddi və sistemli şəkildə fəaliyyət göstərdiyini deyib:“Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə illərdir ardıcıl və sistematik fəaliyyət göstərir. Şəxsən Mədəniyyət və turizim nazirinin təşəbbüsü ilə bu istiqamətdə bir sıra layihələr həyata keçirilib. QHT-lər üçün nazirlik tərəfindən elan olunan müsabiqədə bu mövzu xüsusi olaraq qeyd olunur”
Daha sonra İctimai Televiziyanın İctimai-siyasi proqramlar departamentinin direktoru Anar Yusifoğlu çıxış edərək milli-mədəni dəyərlərin internet mediada ciddi şəkildə qorunmasına və təbliğinə ehtiyac duyulduğunu deyib. O, həmçinin bu prosesdə televiziyaların internet-media ilə qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayıb.

AMEA-nın Dilçilik institutunun əməkdaşı Cahid İsmayıloğlu çıxış edərək milli-mədəni dəyərlərin qorunmasında və təbliğində elmi yanaşmanın zəruri olduğunu deyib.

Sonra Gənclər Üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə çıxış edərək bu istiqamətdə tək ölkə daxilində deyil, beynəlxalq müstəvidə də layihələrin icrasının vacib olduğunu qeyd edib. F. Həsənzadə vətəndaş cəmiyyətinin milli dəyərlərin qorunmasında müstəsna rola malik olduğunu deyib.

Tədbirin sonunda Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası media orqanlarına sözügedən sahədə uğurlu fəaliyyətlərinə görə mükafatlar təqdim edib və tədbir diskussiya formatında davam edib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info