UNISEF: “Ermənistanda uşaqların 72 faizi ağır şəraitdə böyüyür”
Tarix: 10.10.2016 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Ermənistan demoqrafik böhrandan xilas ola bilmir. Sosial vəziyyətin xeyli ağırlaşdığı işğalçı ölkədə hökm sürən iqtisadi tənəzzül, səfalət vətəndaşların miqrasiyasının artmasına səbəb olub.
UNISEF-in Ermənistan Statistika Xidməti ilə birlikdə apardığı araşdırmadan bəlli olub ki, ölkədə uşaqların 72 faizi pis şəraitdə böyüyür. Bütün bunlar işğalçı ölkədə miqrasiya tempini sürətləndirib.
BMT-nin proqnozlarına görə, yaxın gələcəkdə Ermənistan əhalisi 1,7-1,8 milyon nəfərə qədər azalacaq. BMT-nin Əhali Fondunun Ermənistan ofisinin icraçı nümayəndəsi Qarik Ayretpetyan bildirib ki, hazırda bu ölkənin əhalisi son 10 ildə sürətlə azalıb. Bunun əsas səbəbləri doğum sayının aşağı düşməsi, miqrasiya və əhalinin qocalmasıdır. İş qabiliyyətli əhalinin təqaüdçülərə nisbəti də təhlükəli həddədir.
Ölkədə miqrasiyanın mənfi saldosu ilin 9 ayı ərazində 25 mini keçib. Sosioloq Aram Adıbekyan əhalinin xaricə axınının qarşısını almaq üçün 150 milyard dram vəsait lazım olduğunu açıqlayıb. Bildirib ki, əks təqdirdə miqrasiya ölkədə ən ciddi problem olaraq qalacaq və daha ciddi fəsadlarla nəticələnəcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Ankara Rusiyaya hərbçilər göndərir: S-400-lərin istifadəsini öyrənəcklər
22.05.2019
Türkiyə 22 adda ABŞ mallarına rüsumu iki dəfə azaldıb
21.05.2019
Ötən il Türkiyədə 1 milyon 300 minə yaxın uşaq doğulub
20.05.2019
“Paşinyan Ermənistanı total diktaturaya doğru aparır”
20.05.2019
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info