“Milli şura”dan ciddi bir nəticə gözləmək olmaz”
Tarix: 27.03.2013 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


“İctimai palata”nın təbliği
məqsədilə bu siyahını yayıblar”


Uzun müddətdir ki, müxalifətdə təmsil olunan müxtəlif partiya və təşkilatlar bir araya gələrək “milli şura”yaradacaqlarını iddia edirlər. Amma qeyd edək ki, bu “milli şura”nın yaradılması ilə bağlı müzakirə həqiqətdə müxalifətin yalnız kiçik bir qismi - Müsavat, AXCP və “ziyalılar forumu” arasında aparılmaqdadır.
O da məlumdur ki, bu qüvvələr arasında müxtəlif məsələlərə görə ciddi ziddiyyətlər və əksliklər mövcuddur. Bu azmış kimi, bu günlərdə “milli şura”nı təşkil edəcək partiya və şəxslərin adlarından ibarət bir siyahı mediaya sızdırılıb. Bu siyahı qeyri-rəsmi bir şəkildə ortaya atılıb. Amma qeyd edilib ki, guya həmin siyahını “ziyalılar forumu”nun mühacirətə getmiş faktiki eks-üzvü Rüstəm İbrahimbəyov açıqlayıb. Həmçinin maraqlıdır ki, sözügedən siyahı ilk dəfə Müsavat Partiyasının nəzarətində olan qəzet vasitəsilə yayılıb. Buna reaksiya isə təbii ki, birmənalı olmayıb. Belə ki, “ziyalılar forumu”nda təmsil olunan və “el” adlı hərəkat yaratdığını iddia edən Eldar Namazov bildirib ki, həmin siyahıda adları çəkilənlərin 80 faizi arzuedilən namizədlər olsa da, 20 faizi onların istəkləri ilə üst-üstə düşmür. Eləcə də “ziyalılar forumu”nun daha bir təmsilçisi Eldəniz Quliyev bildirib ki, bu siyahı yalandır və R.İbrahimbəyov tərəfindən hazırlanmayıb. Görünür, bu açıqlamalar müxalifətdəki qarşı tərəfin “ziyalılar forumu”na və “milli şura” yaradılmasına qarşı təxribatına verilən hələ ki yumşaq cavablardır. Hər halda, sözügedən siyahı Namazov və Quliyev tərəfindən təsdiqlənmir. Baxmayaraq ki, Müsavatın nəzarətindəki qəzet siyahını hazır bir şəkildə təqdim edib...
Orası da başqa bir məqamdır ki, müxalifətdə təmsil olunan partiyaların çoxunun bu siyahıda adları yoxdur. Bu partiyalardan biri də Azərbaycan Demokrat Partiyasıdır(ADP-İ.A.).
Qəzetimizə sözügedən yeni müxalif qurum olacaq “milli şura”nın ortaya çıxan müəmmalı siyahısı ilə bağlı fikirlərini bildirən ADP sədri Sərdar Cəlaloğlu da həmin siyahını qeyri-ciddi sayır və təxribat adlandırır: “Bu siyahı təxribat xarakterlidir. Bu, “milli şura” ideyasını nüfuzdan salmaq üçün hazırlanmış bir siyahıdır. Bu sənədi ciddi bir sənəd kimi qəbul etmək olmaz”.
Eldar Namazovun 80 faiz bu adları siyahıda çəkilənlərlə onların öz hazırlayacaqları siyahıda adları olanların üst-üstə düşdüyü ilə bağlı açıqlamasına münasibət bildirən S.Cəlaloğlu bildirdi ki, qalan 20 faiz də yəqin ki, “onların istəmədiyi adamlardan formalaşmalıdır: “Ümumiyyətlə, onların məqsədi, məramnaməsi aydın deyil, ona görə də orada təmsil olunmağa həvəsli deyilik. Hələ bilinmir ki, orada söhbət nədən gedir”.
S.Cəlaloğlu onu da dedi ki, hər hansı bir qurum yaranmamış, ideyası bəlli olmamış, onunla bağlı siyahının ortaya çıxmasının özü də çox qeyri-ciddi və ironikdir: “Hansısa qüvvə bu qurumu elə beşikdəcə boğmaq məqsədilə bu siyahını təxribat məqsədilə ortaya atıb. Bu siyahı həm ziddiyyətləri gücləndirir, həm də çox gülünc bir şəkildə “milli şura”nı “təbliğ edir”.
Bu siyahının Müsavat Partiyasının təbliğat ruporu olan “Yeni Müsavat” vasitəsilə yayılmasına və bu siyahının ortaya çıxmasında Müsavatın əlinin olmasına münasibətini bildirən ADP sədri belə dedi: “Hesab edirəm ki, qəzet bu məsələdə yalnız xəbər yaymaq funksiyasını yerinə yetirib. Amma siyahıya baxsaq, orada təkcə 17 nəfər “ictimai palata”dan nümayəndə var. Ola bilsin ki, “ictimai palata”nın təbliği və “güclü olması”nı göstərmək məqsədilə bu siyahını yayıblar.
S.Cəlaloğlu da düşünür ki, həmin qurumda bir-birinə zidd olan qüvvələr yığışacaq və onların mənafeləri bir-biri ilə üst-üstə düşməyəcək, buna görə də bu qurumdan ciddi bir nəticə gözləmək olmaz.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info