“Türkiyə öz təhlükəsizliyi ilə bərabər dünyanın enerji təhlükəsizliyi üçün də mübarizə aparır”
Tarix: 10.10.2016 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


“Türkiyə alternativ enerji qaynaqları baxımından zəngin bir ölkədir. Günəş, külək və su elektrik enerjisinin ölkənin enerji təchizatında çəkisini 30 faizə çatdırmağı qarşımıza qoymuşuq”. 
Bunu İstanbulda 23-cü Dünya Enerji Konqresinin açılış mərasimində çıxış edən Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, son vaxtlar neftin qiyməti aşağı düşür və bu da neft sahəsinə qoyulan sərmayələrin azalması təhlükəsini yaradır: “Biz bu məsələləri müzakirə etməliyik. Neftin qiymətinə müvafiq olaraq təbii qazın qiyməti də enməlidir”.
 
R. T. Ərdoğan qeyd edib ki, zəngin karbohidrogen qaynaqlarına sahib olmaq təkbaşına zənginliyə, sabitliyə nail olmaq demək deyil: “Afrikada və  Orta Şərqdə biz bunu görürük. Hətta bu bölgələrdə yaşayan insanların çoxunun enerji təminatı sahəsində problemləri var”. 
Türkiyə prezidenti İraq və Suriyaya maraqlarının əsas səbəblərindən birinin bu ölkələrdə fəaliyyət göstərən PKK və İŞİD terror təşkilatları olduğunu bildirib: “Dünən Şəmdinlidə PKK terrorçularının törətdiyi terror aktı nəticəsində 18 əsgər və mülki şəxs həyatını itirib, bu gün onlar dəfn edilirlər. Bu, təhlükəsizlik qurumlarımızın mübarizəsi ilə küncə sıxılmış PKK-nın son cəhdləridir. Ancaq terror qlobal problem olduğu üçün dünyanın terrorla birgə mübarizəsi vacibdir. Türkiyənin İraq və Suriyada fəaliyyəti bir məcburiyyətdir. Türkiyə öz təhlükəsizliyi ilə bərabər dünyanın enerji təhlükəsizliyi üçün də mübarizə aparır”.
 




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info