“Rusiya xarici QHT-lərdən şübhələnir”
Tarix: 27.03.2013 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


Rusiyada xarici QHT-lərin filialları və xaricdən maliyyələşən QHT-lərin fəaliyyəti diqqət mərkəzinə gəlib. Bu sahədə araşdırmalara başlanılıb.
Almaniyanın “Süddeutsche Zeitung” qəzeti yazır ki, bu günlərdə Rusiyada xaricdən maliyyələşən və xarici QHT-lərin nümayəndəlikləri olan qurumlarda yoxlamalara başlanılıb: “Rusiya hakimiyyəti bu təşkilatların fəaliyyətindən şübhələnir. Alman QHT-ləri də buna görə yoxlanılır. Rusiya hüquq-mühafizə orqanları Moskvada yerləşən Fridrix Ebert Fondunun və Sankt-Peterburqda yerləşən Konrad Adenauer Fondunun filiallarında yoxlamalar aparıblar. Bir neçə saat aparılan yoxlamalar zamanı prokuratura əməkdaşları və vergi polisləri sənədləri yığıb götürüblər. Onlar fondların işçilərinə işçi personal və fond haqqında sorğu anketlərini doldurmağı təklif ediblər. Fondların nümayəndələri isə prokuraturaya çağırılıb”.
Müəllif Daniel Bressler yazır ki, bu dəfə alman təşkilatları açıq etiraz etməkdən imtina ediblər. Çünki onlar Rusiya hakimiyyətini acıqlandırmaq istəmirlər. Rusiyadakı Fridrix Ebert Fondunun rəhbəri olan Raynxard Krumm bildirib ki, “təşkilat öz işini davam etdirir və bu yoxlama adi bir yoxlama olub, təşkilata qarşı bu yoxlamada hər hansı ittiham irəli sürülməyib”.
Amma qeyd edək ki, Almaniyanın Xarici İşlər Nazirliyi bu yoxlamadan narazı qalıb. Nazirlik bəyanat yayıb ki, alman fondlarının fəaliyyətinin Rusiyada məhdudlaşdırılması Rusiya-Almaniya münasibətlərini uzun müddətə pisləşdirməyə aparacaq.
Onu da qeyd edək ki, martın 25-də “Amnesty International” təşkilatının Moskva ofisində və İnsan hüquqları uğrunda Hərəkatın ofisində prokuratura nümayəndələri NTV telekanalının çəkiliş qrupu ilə birlikdə gözlənilməz axtarışlara başlayıblar. Bu barədə də Fransanın “Le Figaro” qəzeti yazır. Qəzet qeyd edir: “Bu iki əməliyyat xarici və xaricdən maliyyələşən QHT-lərlə bağlı kampaniyanın kulminasiya nöqtəsi olub. Belə ki, noyabrın 21-də Duma qanun qəbul edib ki, xaricdən maliyyələşən təşkilatlar “agent” kimi qeydiyyatdan keçməlidirlər. Son müddətdə yüzlərlə oxşar əməliyyat nəzərəçarpmaz şəkildə əyalətlərdə keçirilib. O cümlədən, “Alliance française” təşkilatının Samarada, Yekaterinburqda və Vladivostokdakı 3 ofisində belə axtarışlar aparılıb. Samaradakı ofisin direktoru Erik Antuanın sözlərinə görə, axtarış aparanlar bütün maliyyə hesabatlılığını təqdim etməyi tələb ediblər. Bunu alyansın siyasi fəaliyyətlə məşğul olmadığına əmin olmaq üçün tələb etdiklərini bildiriblər”.
Qəzet yazır ki, paytaxtda isə bu kampaniya yeni xarakter alıb: “Amnesty International”ın Rusiya nümayəndəliyinin direktoru Sergey Nikitin deyib ki, burada məqsəd “bizi qorxutmaq və məşğul etdiyimiz fəaliyyəti qeyri-populyar etməkdir”. Ədliyyə Nazirliyi Putinin 14 fevralda Federal Təhlükəsizlik Xidmətindəki çıxışından sonra qəti olaraq Rusiyanın daxili işlərinə istənilən xarici müdaxiləni yolverilməz sayır”.
Qəzet onu da yazır ki, bu siqnaldan sonra bir çox təşkilatların tamamilə bağlanmaq təhlükəsi yaranıb.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info