Tramp ittiham edir
Tarix: 11.10.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


“Hələlik ABŞ-ın kimi silahlandırdığı məlum deyil, Rusiya və Əsəd isə torrorçuları öldürür. Suriya prezideni mənim o qədər xoşuma gəlməsə də, o, Rusiya və İranla birlikdə terrorçulara qarşı mübarizə aparır. Hazırda ABŞ üsyançıları silahlandırmaqdla məşğuldur. Lakin bu üsyançıların kimlər olduğu barədə, hələ ki, bir ipucu qədər də olsa, hər hansı bir məlumat yoxdur”.
SNN-in məlumatına görə, bu fikirləri ABŞ prezidentliyinə namizəd Donald Tramp növbəti müzakirələr zamanı bildirib. Trampa görə, rəqibi Hillari Klinton Putin və Əsəd barədə çox ağır tonda danışır: ”O, üsyançıların müdafiəsinə qalxır. Lakin Hillari özü bu üsyançıların kimliyi bərədə məlumatsızdır. Belə bir reallıq ortaya çıxır ki, yaraqlılar haqqında danışılarkən, İraqdan tutmuş bütün başqa ölkə yaraqlılarını biz silahlandırırıq. Axı, nə baş verir? Görünür, bu insanlar daha pis insanlardır. Baxın, onlar Qəddafi ilə nələr etmədilər. Artıq Qəddafi yoxdur, Liviyada isə bu gün də xaos davam edir. Hazırda «İŞİD» bu regionda ərazinin əsas hissəsinə nəzarət edir. Bu, faciədir. Siysətdə edilən faciəvi bir səhvdir. Amma siz Rusiyaya, bu dövlətin son həftə ərzində nələr etdiyinə nəzər salın. Mən, xanım Klintonla bəzi məsələlərdə razılaşıram. Bizimlə İran sülh müqaviləsi imzalayıb. Amma Rusiya Əsəd və İranla birgə nələr etdi? Hər şeydən əvvəl qeyd edim ki, İranla müqavilə -bu ölkəyə 150 milyard dollar ödənilməsi, mən deyərdim ki, doğru yol deyildi. Diqqət yetirin, indi həm Rusiya, həm də İran bizə qarşıdır. Bütün bunlara baxmayaraq, xanım Klinton üsyançılar tərəfində mübarizə etmək istəyir. Bu, sadəcə, problemin bir tərəfidir. Axı, yenə təkrar edirəm, siz onların niyyətləri barədə məlumatsızsınız. Mən, Əsəddən xoşum gəlmədiyini etiraf edirəm. Lakin o, Rusiya və İranla «İŞİD»-ə qarşı döyüşür. Reallıq isə göz önündədir. Hazırda bu üç ölkəni bizim xarici siyasətimizin zəifliyi birləşdirir». Əlavə edək ki, Rusiyanın Suriyanın Tartus limanında daimi dəniz bazası yaradacağı barədə müvafiq sənədlərin artıq hazırlandığını müdafiə nazirinin müavini Nikolay Pankov bəyan edib. Ounun sözlərinə görə, hazırda bu baza Aralıq dənizində rus donanmasının əsas istinad nöqtəsi kimi mövcudluğunu davam etdirəcək. Qeyd etmək yerinə düşər ki, oktyabrın 19-da Putinlə Fransa prezidenti Fransua Olland arasında Parisdə planlaşdırılan görüşün təfərrüatları barədə dəqiq məlumatlar verilməsə də, Fransa lideri danışıqların faydalı olacağına ümidsiz olduğunu dilə gətirib. «TMC» telekanalına verdiyi açıqlamada Olland deyib: “Mən özümdən soruşuram, bu danışıqlar hər hansı bir fayda verə biləcəkmi?”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info