“France Football” “Qızıl top”a namizədlərini açıqlayacaq
Tarix: 11.10.2016 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Oktyabrın 25-də “France Football” jurnalı “Qızıl top” namizədlərini açıqlayacaq. İspaniyanın “Mundo Deportivo” qəzeti xəbər verir ki, Fransa nəşri sözügedən mükafat laureatları ilə bağlı 30 namizəddən ibarət bir siyahı dərc edəcək. Xatırladaq ki, bir müddət əvvəl “France Football” və FİFA mükafatın birgə təqdimatına dair əməkdaşlığa son verib. “France Football” “Qızıl top” mükafatını 1956-cı ildən, FİFA isə 1988-ci ildən “İlin futbolçusu” mükafatını təqdim edib. Tərəflər arasında 2010-cu ildən “Qızıl top”un birgə mükafatlandırılmasına dair beş illik müqavilə mövcud olub. Hansı ki, ilin ən yaxşı futbolçusu beynəlxalq futbol qurumunun təşkilatçılığı ilə milli komandaların məşqçiləri, komanda kapitanları və media təmsilçiləri tərəfindən səsverməsi nəticəsində müəyyənləşirdi. Maraqlıdır ki, FİFA “Qızıl top”u təqdim edəndən bəri yalnız iki futbolçu mükafata layiq görülüb. İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi - dördqat (2010, 2011, 2012, 2015) və Madridin “Real” komandasının portuqaliyalı forvardı Kriştianu Ronaldo - ikiqat (2013 və 2014) qalib olub.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info