100 həkim yeri üçün 150 nəfər müraciət edib
Tarix: 27.03.2013 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


Azərbaycanda həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üçün elan edilmiş 2000-ə yaxın vakant yerin ilkin olaraq, yalnız 100-nə işə qəbul üçün 150 nəfər müraciət edib.
Səhiyyə Nazirliyinin Mətbuat xidməti bildirir ki, ilk imtahan martın 28-də saat 10.00-da Bakıda keçiriləcək. Müsabiqə iki mərhələli olacaq. Müsabiqənin ilk mərhələsində - test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab verəcəklər. Həmin sualların 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olacaq. Test imtahanı nazirlik tərəfindən keçiriləcək. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Bu mərhələ də Səhiyyə Nazirliyinin işə qəbulla bağlı yaradılan 7 nəfərlik komissiyası tərəfindən həyata keçiriləcək. Müraciət edənlərin yalnız bir qismi martın 28-də imtahan verəcək. Namizədlərin bir hissəsi isə aprelin 2-də imtahan verəcək. İlk imtahanın nəticələri martın 29-da açıqlanacaq. Aprelin 2-də də imtahan keçirildikdən sonra II mərhələyə buraxılmış namizədlərə müsahibənin vaxtı barədə məlumat veriləcək. Namizədlər daha cox Bakıdakı tibb müəssisələrindəki vakant yerləri seçiblər.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info