Azərbaycan ilə Yaponiya arasında turist səfərləri artırılacaq
Tarix: 11.10.2016 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Bakıda “Yaponiya getmə turizmi bazarının xüsusiyyətləri” adlı təqdimat mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, təqdimat mərasimində Yaponiya turizm sənayesinin bir qrup nümayəndəsi ilə Azərbaycan turizm sənayesinin nümayəndələri iştirak edib. Tədbirə Yaponiya Turizm Agentlikləri Assosiasiyasının prezidenti Tadaşi Şimuranın rəhbərlik etdiyi “Hankyu Travel İnternational Tokyo”, “Diamond-Big”, “Hankyu Travel İnternational Osaka”, “R&C Tours”, “Spectacle Adventures”, “The Three B”, “JTB BWT” şirkətlərinin nümayəndələrindən ibarət heyət qatılıb. Əvvəlcə Azərbaycanın turizm potensialını əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda ölkəmizin mədəniyyəti, tarixi, mətbəxi, müasir inkişaf istiqamətləri, habelə gəzməli-görməli yerləri, eləcə də sağlamlıq turizmi haqqında geniş məlumat əksini tapıb.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin marketinq sektorunun müdiri Emil Səfərov son illər Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlər haqqında məlumat verib. Bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq fəaliyyətinin prioritetlərindən biri də Azərbaycanın turizm potensialının dünyada təbliğ olunmasıdır: “Bu istiqamətdə fəaliyyətin təmin olunması üçün müxtəlif ölkələrin turizm şirkətlərinin nümayəndələrinin mütəmadi olaraq ölkəmizə info-turları təşkil edilir. Belə tədbirlərdən biri də bu gün reallaşır. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, ölkəmizin Yaponiyadakı səfirliyinin, Türk Hava Yollarının Bakı ofisinin və “Gilan Hospitality Group”un dəstəyi ilə Yaponiyanın turizm sənayesi üzrə nümayəndə heyəti ölkəmizdə səfərdədir. Səfər çərçivəsində görüşlərin keçirilməsi, yerli turizm şirkətləri ilə əlaqələrin qurulması, həmçinin ölkəmizin turizm infrastrukturu ilə tanışlıq nəzərdə tutulub”.
Daha sonra Yaponiya Turizm Agentlikləri Assosiasiyasının prezidenti Tadaşi Şimura çıxış edərək ölkəsinin turizm potensialı haqqında geniş məlumat verib. Bildirib ki, Yaponiya bir çox özəlliklərinə görə dünyanın müxtəlif ölkələrindən olan turistlərin marağını cəlb etməkdədir. 2014-cü ildə Yaponiyaya gələn turistlərin sayı rekord həddə çatıb. Həmin il gündoğar ölkəyə 18 milyondan artıq turist səfərləri baş tutub.
T.Şimura ölkəsinə Azərbaycandan da turist səfərlərinin artmasında maraqlı olduğunu diqqətə çatdırıb. Eyni zamanda Yaponiyadan da Azərbaycana qarşılıqlı turist səfərlərinin artırılmasında birgə əməkdaşlığın gücləndirilməsi üçün çalışacaqlarını vurğulayıb.
Tədbir Azərbaycan ilə Yaponiyanın turizm nümayəndələrinin iki ölkə arasında turist səfərlərinin artırılması istiqamətində müzakirələri ilə davam edib. Qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Qeyd edək ki, Yaponiya turizm sənayesi nümayəndələrinin ölkəmizə səfəri oktyabrın 14-dək davam edəcək. Səfər çərçivəsində nümayəndə heyətinin paytaxtımızla yanaşı, Şəki, İsmayıllı və Qəbələ rayonları ilə də tanışlığı nəzərdə tutulur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info