Portuqaliya diplomatı Naxçıvan Dövlət Universitetində
Tarix: 11.10.2016 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Portuqaliyanın Azərbaycan Respublikasında diplomatik nümayəndəliyinin müvəqqəti işlər vəkili, xanım Maria Joao Lopes-Cordaso Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağı salamlayaraq muxtar respubikada təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb, universitetin strukturu, maddi-texniki bazası, professor-müəllim heyəti, mövcud fakükltə və ixtisaslar haqqında ətraflı məlumat verib. Rektor qeyd edib ki, dünyanın 50-dən artıq ölkəsinin 80-dən çox universiteti ilə beynəlxalq əməkdaşlığa malik olan, bir sıra beynəlxalq layihələrdə uğurla təmsil olunan Naxçıvan Dövlət Universitetində dünya universitetləri ilə virtual əməkdaşlıq, beynəlxalq videokonfranslarda iştirak etmək üçün də geniş imkanlar vardır. Tələbə mobilliyinin inkişafı nəticəsində bu ali məktəbin bakalavr və doktorantları öz təhsillərini Türkiyə Respublikasının, İspaniya, Fransa, Cənubi Koreya, Rusiya Federasiyası, Rumınya və digər Avropa ölkələrinin ali məktəblərində uğurla davam etdirirlər. Rektor universitetin müasir elektron təhsil şəbəkəsi və elektron sənəd dövriyyəsi, İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi, elektron kataloq-kartoteka sisteminə malik müasir elektron kitabxanası haqqında qonağa məlumat verib. Müvəqqəti işlər vəkili, xanım Maria Joao Lopes-Cordaso təmsil etdiyi diplomatik nümayəndəliyin qısa zaman kəsiyində iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafı istiqamətində müəyyən işlər gördüyünü vurğulayıb, elm, təhsil sahəsində tərəfdaşlığın əhəmiyyətindən danışıb. Görüş zamanı elm, təhsil sahəsində əməkdaşlığın ilkin mərhələsi üçün prioritet məsələlər müzakirə olunub, müəyyən razılığa gəlnib. Universitet kampusu ilə tanış olan xanım Maria Joao Lopes-Cordaso Media mərkəzində yaradılan rəqəmsal multimedia infrastrukturu, Universitet Televiziyasında videodərslərn xüsusi proqram vasitəsilə “HD” formatda çəkilib yaddaşa yazılması, universitetin internet portalındakı elektron mühazirə bölməsində yerləşdirilməsi prosesi, universitet televiziyası, “Nuhçıxan” radiosu və Mətbuat şöbəsinin fəaliyyəti ilə tanış olub, Universitet televiziyasına müsahibə verib.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info