SOCAR İstiqrazlarına ikiqat tələbat yaranıb
Tarix: 11.10.2016 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


SOCAR tərəfindən Azərbaycan vətəndaşları və qurumları üçün 100 mln. dollar məbləğində kütləvi buraxılmış SOCAR İstiqrazlarına 2 dəfədən çox tələbat yaranıb. SOCAR-ın məlumatına görə, sentyabrın  20-dən ön sifariş toplanmasına başlanan SOCAR İstiqrazlarının (5 il müddətli, 3 aydan bir faiz ödənişli, 100 mln. dollar məbləğində buraxılan) sifariş toplanma prosesi oktyabrın 10-da uğurla tamamlanıb. “ASAN xidmət”, “Azərbaycan Beynəlxalq Bankı”, “Azər Türk Bank”, “Xalq Bank”, “Kapital Bank”, “Rabitəbank”, “AzFinance”, “İnvestAz”, “PAŞA Kapital” və anderrayterliyi öhdəsinə götürən “PSG Kapital”ın işbirliyi ilə toplanmış ön sifarişlərin yekun sifariş halına gəlməsindən sonra bölüşdürülməsi prosesi 12 oktyabrda, yerləşdirilməsi isə 13 oktyabrda baş tutacaq. 14 oktyabradək Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiqləməsindən sonra 17 oktyabrda ikinci bazar əməliyyatları başlanacaq. Dəyəri 100 mln. dollar təşkil edən SOCAR İstiqrazlarının buraxılışı qarşılığında ümumilikdə 203,604 mln. dollar sifariş toplanıb. Bölüşdürmə əməliyyatında üstünlük emissiya prospektində yazıldığı kimi, fiziki şəxslərə (vətəndaşlara) veriləcəkdir, sonra isə hüquqi şəxslərin tələbləri qarşılanacaq. Yekun nəticələr 14 oktyabr tarixi etibarı ilə dəqiqləşəcək. İnvestorların qarşılana bilinməyən tələblərinin onların bank hesablarına geri qaytarılmasına başlanacaq və ən gec 18 oktyabr tarixində həmin proses tamamlanacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info