Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edib
Tarix: 11.10.2016 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Gənclər və idman naziriAzad Rəhimov oktyabrın 11-də Göyçay rayonunda vətəndaşları qəbul edib.
 
Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, qəbula Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonundan 30-a yaxın vətəndaş gəlib.
 
Heydər Əliyev Mərkəzində baş tutan qəbulda vətəndaşlar gənclər, idman sahələri, işlə təminat, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul, ipoteka kreditlərinin verilməsi və s. ilə bağlı müraciət ediblər.
 
İdman sahəsində edilən müraciətlər sırasına isə fəxri adların, məşqçi dərəcələrinin verilməsi,  idmançıların beynəlxalq yarışlarda iştirakına yardım göstərilməsi, idman mərkəzlərinin, Olimpiya İdman Komplekslərinin  idman avadanlıqları ilə təmin edilməsi, rayonlarda Uşaq Gənclər İdman Mərkəzlərinin yaradılması, təmirə ehtiyac duyan idman mərkəzlərinin təmir edilməsi, hərbi vətənpərvərlik mövzusunda idman yarışlarının keçirilməsi  və s. ilə bağlı olub.
 
QHT yaratmaq üçün nazirlik tərəfindən dəstək verilməsi, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi, gənclərin beynəlxalq səviyyəli tədbirlərə göndərilməsi,  yerlərdə respublika səviyyəli tədbirlərin təşkili, müxtəlif düşərgələrin yaradılması, regionlarda fəaliyyət göstərən gənclər evləri arasında əməkdaşlığın qurulması və digər müraciətlər gənclər sahəsini əhatə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info