«Şahdəniz II» layihəsi Gürcüstan üçün vacib və əhəmiyyətlidir»
Tarix: 27.03.2013 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


«Şahdəniz II» layihəsi çərçivəsində inşası planlaşdırılan yeni qaz kəmərinin Gürcüstan ərazisindən keçməsi rəsmi Tiflis üçün ölkənin enerji təchizatının yaxşılaşdırılması baxımından vacib və əhəmiyyətli bir layihədir. Bunu Gürcüstanın energetika nazirinin müavini İlya Eloşvili bildirib. Onun sözlərinə görə, «Şahdəniz II» layihəsinə start verildikdən sonra Azərbaycandan qaz alan Gürcüstanın imkanları daha da artacaq: «Bu, eyni zamanda ölkə daxilində istifadə edilən qazın həcminə və mövcud tariflərə də təsir edəcək. Bizim Azərbaycanla belə layihələrin həyata keçirilməsində böyük təcrübəmiz var. Bu, ilk layihə deyil. Bu səbəbdən dövlətlər arasında heç bir problem olmayacaq. Bizə yalnız razılaşma barədə sənədləri imzalamaq lazım olacaq. Bu baxımdan həyata keçirəcəyimiz layihələrin yerinə yetirilməsi daha asan və keyfiyyətli olacaq». Nazir müavini yeni qaz layihəsinin həyata keçirilməsi işində yeniliklərin də olacağını bildirib: «Əlbəttə, Gürcüstanda qaz təchizatı sahəsində yeniliklər də olacaq. Biz indi qazın nəqli ilə bağlı 5% gəlir götürürük. Şübhəsiz ki, qaz təchizatı artdıqca, tariflər də azalacaq. Bu çox vacibdir».




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Özbəkistanda Azərbaycanın turizm imkanları təqdim olunub
19.11.2018
Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlar həyata keçiriləcək
19.11.2018
Neftin qiyməti bahalaşmaqda davam edir
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info