Ruslan Hacıyev seçicilərinə təşəkkür edib
Tarix: 11.10.2016 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Ruslan Hacıyev: "Sizin səsinizi ölkənin qanunverici orqanında və yüksək tribunalarda çatdıracağam, problemlərin həlli istiqamətində əlimdən gələni edəcəyəm"
Oktyabrın 8-də Gürcüstanda keçirilən parlament seçkilərində qələbə qazanaraq deputat seçilən Ruslan Hacıyev seçicilərinə minnətdarlıq mesajı ünvanlayıb. Ruslan Hacıyev seçkilərdə inandıqlarına, etibar etdiklərinə və dəyərli səslərini ona verdiklərinə görə seçicilərə təşəkkür edib: "Sizin hər birinizin səsiniz mənim üzərimə götürdüyüm məsuliyyət yükünün göstəricisidir. 56,13% (11463 səs) çoxluğu ilə parlamentin üzvü statusunu qazandım, sizin sayənizdə. Səsim-səsiniz olacaqdır. Sizin səsinizi ölkənin qanunverici orqanında və yüksək tribunalarda çatdıracağam, problemlərin həlli istiqamətində əlimnən gələni edəcəyəm, dövlətimizin həyata keçirdiyi layihələrin regionumuda da sürətli gerçəkləşməsi üçün çalışaacağam, hər biriniz üçün əlçatan deputat olacağıma söz verirəm. Mən, tək mənə səs verən seçicilərimin deyil, hər bir Gürcüstan vətəndaşının deputatı olacağam. Gürcüstanımızın uğuru və çiçəklənməsi üçün əlimnən gələni edəcəyəm. Allahın izni ilə sizə layıq deputat olmaq üçün var gücümlə çalışacağıma söz verirəm.Parlamentə üzv seçilən bütün həmkarlarımı təbrik edirəm, vətən üçün xeyirli olsun"
Daha sonra Ruslan Hacıyev qeyd edib ki, uzun müddətdir dövlətin, vətəndaşların, xalqın xidmətində olub, bir çox dövlət və qeyri dövlət müəssisələrdə çalışıb, hər zaman vəzifəmin məsuliyyətini hiss edərək işləməyə can atıb: "Vicdanımı dinləmişəm, hər mənə müraciət edən insan üçün yararlı olmağa çalışmışam, dövlətimə və xalqıma sadiq olmuşam. Gürcüstan Parlamentinə keçirilən seçkilərdə namizədliyim partiyamız tərəfindən irəli sürüldü, mənə olan bu etimad, inam ilk öncə dövlətimiz tərəfindən gəldi. Namizədliyim Marneulinin kəndlərindən verildi. Seçkiöncəsi görüşlərdə maksimum şəkildə çalışdıq hamınızla görüşək, sizi dinləyək, tanıyaq və özümüzü tanıdaq. Mən hər bir görüş zamanı sizə bir söz verdim- 4 ildən sonra mən seçicilərimin qarşısına alnı açıq çıxacağıma dair söz verdim".
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info