“Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq” mövzusunda seminar başa çatıb
Tarix: 11.10.2016 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun birgə təşkilatçılığı ilə keçirilən “Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq” mövzusunda ikigünlük seminar oktyabrın 11-də işini davam etdirib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Din və Etiqad Azadlığı üzrə aparıcı məsləhətçisi Kishan Manochanın moderatorluğu ilə keçirilən “Dinlərarası dialoqda effektivliyin artırılmasında faydalı örnəklər” mövzusunda panel iclasda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Etibar Nəcəfov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, Mərkəzin müşaviri Aytən Qəhrəman, sözügedən qurumun əməkdaşları Rəşad İlyasov, İrina Kunina və Sərxanbəy Xudiyev, DQİDK-in və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun əməkdaşları iştirak ediblər.
Avropa Kilsələri Şurasının İnsan hüquqları və əlaqələr üzrə icraçı katibi Elizabeta Kitanoviçin, DQİDK-nın xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədlinin və Avropa Dinlərarası Gənclər Şəbəkəsindən gənc buddist Qabrielle Vestheadin çıxışlarında toxunduqları tolerantlıq və qarşılıqlı hörmət, dini etiqad azadlığına gətirib çıxaran dinlərarası dialoqa töhfə verən uğurlu strategiya və mənbələrin mövcudluğu, müxtəlif dini icmaların arasında dialoqun icra olunmasının təmini və hökümətin bu məsələdə rolu, dinlərarası dialoqa dəstək, bu sahədə həyata keçirilən siyasi xətt və beynəlxalq təşkilatların səmərəli əməkdaşlığı, dinlərarası dialoqun təşviqində gənclərin rolu məsələləri, ATƏT arealında mövcud olan din və etiqadların azadlığının təşviqi məqsədilə görülən işlərlə bağlı müzakirələr aparılıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Etibar Nəcəfov Dövlət müşaviri Kamal Abdullayevin adından seminar iştirakçılarını salamlayaraq ölkəmizin multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşdığını, bu siyasətin nəticəsində respublikamızda dini etiqad azadlığının təmin olunduğunu, rəsmi fəaliyyət göstərən bütün dini icmaların qanun qarşısında eyni məsuliyyət daşıdıqlarını və dini radikalizmin qarşısının alındığını deyib.
BBMM-in əməkdaşı Sərxanbəy Xuduyev diskussiyalar zamanı qurumun fəaliyyəti, Azərbaycanın multikulturalizm təcrübəsinin dünya gəncləri arasında təbliği və təşviqi istiqamətində mərkəzin həyata keçirdiyi layihələr haqqında məlumat verərək deyib: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldığı iki ildən artıq müddət ərzində Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı mühüm layihələr həyata keçirməkdədir.
Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir.
Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 20, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm yay və qış məktəbləri vasitəsilə Azərbaycana olan maraq məhəbbətə çevrilib. 2016-cı ilin yayında təşkil olunan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı beynəlxalq multikulturalizm yay məktəbində Çin, İndoneziya, Nigeriya, Almaniya, Polşa, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Yəmən və İrlandiyanın 18 universitetindən 40-dan artıq gənc iştirak edərək Azərbaycanın dini və etnik dəyərləri ilə əyani tanış olmaq imkanı əldə ediblər. III Beynəlxalq multikulturalizm məktəbi layihəsində iştirak edən Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Amerikan Kollecinin tələbəsi Dimitrios Asproulisin öz təşəbbüsləri ilə yaratdıqları “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubu hazırda öz ətrafına dünyanın onlarla gəncini toplayaraq sıralarını genişləndirir. Bütün bunlar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dinlərarası dialoqun səmərəli təşkilinə verdiyi çoxsaylı töhfələrdəndir”.
Seminarın “Dəyişiklik üçün dialoq: növbəti addımlar” adlı panel iclasında maarifləndirmə məqsədilə keçirilən ikigünlük seminarın əhəmiyyəti yüksək dəyərləndirilib. Qeyd olunub ki, seminarin məqsədi Avropa məkanında və dünyada dinlərarası dialoqun təşviq edilməsi, bu sahədə dünya ölkələri və Azərbaycanın təcrübələrinin bölüşdürülməsidir.
DQİDK-nin sədrinin birinci müavini Səyyad Salahlının bağlanış nitqindən sonra seminar işini yekunlaşdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info