Qubada yeni su anbarları istifadəyə verilib
Tarix: 11.10.2016 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Oktyabrın 11-də Qubanın Qımılqazma kəndində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi layihə əsasında inşa olunan yeni su anbarları istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində kəndin iki müxtəlif hissəsində 15 və 35 tonluq iki su anbarları inşa olunub. Bununla yanaşı, 500 nəfərə yaxın əhalinin yaşadığı 130-dan çox evə ilk dəfə su xəttləri çəkilib. Yeni çəkilən su xəttlərindən Qımılqazma ilə yanaşı, Küsnətqazma və Qəçrəş kənd sakinləri də istifadə edə biləcək. Tikilən anbarlar əsasən içməli, qismən də suvarma suyuna olan tələbatı ödəyəcək.
Layihələrin icrası kəndlərdəki yerli icmaların USAİD tərəfindən maliyyələşən Azərbaycanda Sosial-İqtisadi İnkişaf (SEDA) təşkilatı ilə qarşılıqlı əməkdaşlığı nəticəsində mümkün olub. Anbarlar və su xətlərinin tikintisinə 26 min manat vəsait xərclənib.
USAİD-in Azərbaycan nümayəndəliyinin missiya direktoru Mikaela Meredit həyata keçirilən layihənin Qımılqazma kənd sakinləri üçün böyük önəm daşıdığını bildirib.
Layihənin açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndələri və kənd sakinləri iştirak edib.
Açılş mərasimindən sonra iştirakçılar görülən işlərlə tanış olublar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info