Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının iclası keçirilir
Tarix: 12.10.2016 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Oktyabrın 12-də Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası işə başlayıb. İclasda Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev çıxış ediblər.
Sonra Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy Şuranın 2017-ci il üçün sədri seçilib.
A.Qorovoy çıxışında gündəlikdə duran məsələlər barədə məlumat verib.
Daha sonra Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev və MDB Parlamentlərarası Assambleyasının daimi komissiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Arif Rəhimzadə çıxış ediblər.
İclasın gündəliyinə 18 məsələ, o cümlədən MDB-nin iştirakçısı olan dövlətlərdə miqrasiyanın vəziyyəti, “MDB-nin iştirakçısı olan dövlətlərin 2015-2019-cu illər üçün qanunsuz miqrasiyaya qarşı mübarizə üzrə əməkdaşlıq Proqramı”nın 2015-ci ildə icrası, MDB dövlətlərinin vətəndaşlarının etibarsız sənədlərinin ümumi məlumat bazasının yaradılması məsələsi ilə bağlı işçi qrupun iclasının nəticələrinə və həmin məlumat bazasının Əsasnaməsinin işlənilməsi, vətəndaşsızlıq hallarının azaldılmasında Azərbaycan Respublikasının təcrübəsi, MDB iştirakçı dövlətlərin ərazilərinə fövqəladə qaydada kütləvi axın edən şəxslərin qəbulu təcrübəsi və s. daxildir.
MDB-nin iştirakçısı olan ölkələrin Miqrasiya Orqanları Rəhbərlərinin Şurası MDB Dövlət Başçıları Şurasının 2007-ci il 5 oktyabr tarixli qərarı əsasında yaradılıb. Şuranın tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ermənistan və Rusiyanın miqrasiya məsələlərinə məsul orqanlarının rəhbərləri daxildir.
Azərbaycan Respublikasını Şurada Dövlət Miqrasiya Xidməti təmsil edir. Şura çərçivəsində ildə iki dəfə görüşlər keçirilir. Şuranın iclaslarında əsasən, üzv dövlətlərdə miqrasiyanın vəziyyəti, MDB ölkələrinin Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının və Miqrasiya Orqanları Rəhbərləri Şurasının qərarlarının icrası və miqrasiya proseslərinin tənzimlənməsinin prioritet istiqamətləri müzakirə olunur. Bununla yanaşı, mütəmadi olaraq, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində üzv ölkələrdə tətbiq olunan yeni metodlar, mövcud qabaqcıl təcrübələr, həmçinin qanunvericilik bazası barədə geniş məlumat mübadiləsi aparılır və qərarlar qəbul edilir.
Şuranın 8-ci iclası 2010-cu il sentyabrın 28-dən 30-dək Bakıda keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info