AzMİU-da tələbələr üçün seminarlar keçirilib
Tarix: 12.10.2016 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Təmiz Şəhər” Mərkəzində Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə Su təsərrüfatı və kommunikasiya sistemləri fakültəsinin tələbələri üçün maarifləndirici seminar keçirilib. Tədbirdə Ekologiya mühəndisliyi kafedrasının müdiri Fəqan Əliyev, Su təsərrüfatı və kommunikasiya sistemləri fakültəsinin dekan müavini Mansur Zərbəliyev, Strateji planlaşdırma şöbəsinin əməkdaşları Zeynəb Paşayeva, İsa Muradov və fakültə müəllimləri iştirak edib. “Təmiz Şəhər” ASC-nin Ətraf Mühit və Əməyin mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev bərk məişət tullantılarının idarə edilməsinin təşkili mövzusunda geniş təqdimatla çıxış edib. S.Zeyniyevin mühazirəsinin əhəmiyyətini dəyərləndirən tələbələr gələcəkdə çalışacaqları sahə ilə bağlı geniş məlumat əldə etdiklərini vurğulayıblar. Universitetin Biznes İnkubator Mərkəzində isə Beynəlxalq LafargeHolcim müsabiqəsi ilə bağlı 1-ci məlumat sessiyası keçirilib. Seminarda İnşaat-texnologiya, İnşaat, Memarlıq fakültələrinin tələbələri və digər layihə ilə maraqlanan tələbələr iştirak ediblər. Ekologiya mühəndisliyi kafedrasının müdiri Fəqan Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, Holcim mükafatının 2013-cü il qalibi İlqar Əliyev, Strateji planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarova və əməkdaşlarının qatıldığı tədbirdə qonaqlar tələbələrlə öz dəyərli fikirlərini bölüşüb. Məlumat üçün qeyd edək ki, mükafat fondu iki milyon dollar dəyərində olan 5-ci Beynəlxalq LafargeHolcim müsabiqəsi bu il iyulun 1-də açıq elan edilib. Bu davamlı inkişafa əsaslanan inşaat layihələri üzrə ən önəmli dünya müsabiqələrindən biridir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib
22.01.2019
Snayperçilərimiz ən çətin atışları icra edib
22.01.2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info