Şəkər istehsalını yerli xammal hesabına təmin edə bilərik
Tarix: 12.10.2016 | Saat: 17:23:00 | E-mail | Çapa göndər



Şəkər çuğunduru əkin sahələrinin genişləndirilməsi yeni iş yerləri yaradacaq, xam şəkər üçün xaricə axan valyutanı ölkəmizdə saxlayacaq və ixracdan valyuta qazandıracaq


Bu gün neftdən və qazdan əldə etdiyimiz mənfəəti iqtisadiyyatımızın digər sektorlarına yatırılması ölkəmizin inkişafını dayanıqlı etməyə imkan verir. İqtisadiyyatımızda neft və qazın hazırda cəmi 30 faiz təşkil etdiyini deyən ölkə başçısının sözlərinə görə, sənaye sahəsində icrada olan və planlaşdırılan layihələr bizə böyük xeyir gətirəcək.
Nazirlər Kabinetinin son iclasında çıxışı zamanı bir sıra məsələlərə toxunan Prezident İlham Əliyev bildirdi ki, neft ixracının azaldılmasını biz qeyri-neft ixracı ilə əvəzləməliyik. Bu sahədə sənaye və kənd təsərrüfatı əsas istiqamətlərdir. Bununla bağlı bir sıra sahələrin inkişafının vacib olduğunu deyən ölkə başçısı bildirdi ki, onlardan biri də şəkər istehsalı ilə bağlıdır: “Xam şəkər ölkəyə çox gətirilir. Bunu azaltmaq üçün şəkər çuğundurunun əkin sahələri mütləq genişləndirilməlidir. Artıq göstərişlər verilib, yeni əkin sahələri müəyyən edilib. Bizə təqribən 40-50 min hektar torpaq sahəsi lazımdır ki, şəkər çuğunduru əkilsin və xam şəkərin, qamış şəkərin idxalından asılılığı aradan qaldıraq. Bu sahədə də çox ciddi işlər aparılmalıdır. Bizdə fəaliyyət göstərən Şəkər Zavodu yerli şəkər çuğunduru əsasında işləməlidir. Qamış şəkərini, xam şəkəri idxal etmək üçün 100 milyondan çox valyuta xaricə gedir. Düzdür, əgər bu zavod olmasaydı, onda xam şəkərin hamısı xaricdən gətirilərdi. Zavodun fəaliyyəti yüzlərlə insan üçün iş yeri yaradıb. Biz, eyni zamanda hazır şəkəri ixrac edirik. Yəni zavodun fəaliyyəti, təbii ki, müsbət haldır. Ancaq çox yaxşı olar ki, bu, yerli xammal əsasında işləsin. Ona görə şəkər çuğundurunun əkilməsi xüsusi əhəmiyyət daşıyır. Bunun əkilməməsi 100 milyon dolları xaricə aparır, əkilməsi isə 100 milyon dolları Azərbaycanda saxlayacaq”.

Dünyanın ən böyük şəkər istehsalçısı Braziliya, istehlakçısı isə Hindistandır

Bu gün dünyada şəkər çuğundurunun istehsalı ilə bağlı son hesabata nəzər saldıqda maraqlı rəqəmlər ortaya çıxır. Belə ki, 2015/16-cı ildə istehsal baxımından dünyada şəkərin 82 faizi qamışdan, 18 faizi çuğundurdan istehsal edilir. Hazırda dünyada şəkərin birja qiymətlərini ticarətə hakim olan aşağı qiymətə şəkər qamışı müəyyən edir. Qamış və çuğundurdan əldə edilən şəkərlər arasında keyfiyyət baxımından fərqlilik yoxdur. Ancaq qamışın çuğundura görə daha aşağı qiymətə istehsal edilməsi və emal xərclərinin aşağı olması baxımından şəkər qamışının xərci, şəkər çuğunduruna görə daha aşağı olur.
“Bizdə fəaliyyət göstərən şəkər zavodu yerli şəkər çuğunduru əsasında işləməlidir. Qamış şəkərini, xam şəkəri idxal etmək üçün 100 milyondan çox valyuta xaricə gedir. Düzdür, əgər bu zavod olmasaydı, onda xam şəkərin hamısı xaricdən gətirilərdi. Zavodun fəaliyyəti yüzlərlə insan üçün iş yeri yaradıb. Biz, eyni zamanda hazır şəkəri ixrac edirik. Yəni zavodun fəaliyyəti, təbii ki, müsbət haldır. Ancaq çox yaxşı olar ki, bu, yerli xammal əsasında işləsin”
İstehsal coğrafiyasına gəldikdə isə Avropa Birliyi, Rusiya, Ukrayna kimi ölkələr şəkəri çuğundurdan, ABŞ, Yaponiya, Çin kimi ölkələr həm çuğundurdan, həm qamışdan, Braziliya, Hindistan, Meksika, Pakistan, Tayland, Avstraliya başda olmaq üzrə bir çox ölkə qamışdan istehsal edir.
Dünyanın ən böyük şəkər istehsalçısı Braziliya olub, dünya istehsalındakı payı 22 faizdən artıqdır. Bu ölkəni 16 faizlə Hindistan və 8 faizlə Çin təqib edir. Türkiyə 1,3 faizlə 15-ci sırada yer alır.
Dünya şəkər iqtisadiyyatının lokomotivi istehlakdır. Dünyanın ən böyük şəkər istehlakçısı Hindistandır. Əhalinin artım sürəti və adambaşına gəlir, istehlakı təyin edən ən əhəmiyyətli faktorlardır. İnkişaf etmiş ölkələrdə adambaşına şəkər istehlakı sabit qalmaqda, inkişaf etməkdə olan və şəkər iqtisadiyyatı güclü ölkələrdə artmaqdadır. Ən böyük şəkər istehlakçısı ölkələrə gəldikdə 2015-ci ilin nəticələrinə görə, ilk yerdə illik 23,5 milyon tonla Hindistan gəlir (adambaşına ildə 19 kq). İkinci yerdə 17,1 milyon tonla AB (adambaşına ildə 37,9 kq) qərarlaşıb. Daha sonra Çin, Braziliya, ABŞ, Rusiya, İndoneziya, Meksika, Pakistan, Misir və Türkiyə yer alır.
Dünya Səhiyyə Təşkilatının gündəlik 50 qramla məhdudlaşdırılmasını təklif etdiyi şəkər istehlakı ilə bağlı araşdırmasında bəzi ölkələrin şəkər istehlak miqdarları açıqlanıb. Burada Türkiyə 54 ölkə arasında 37-ci sırada yer alıb. Ən az şəkər istehlak edən ölkələrin sırasında adambaşına gündəlik 5 qram ilə Hindistan ilk yeri tutur. Burada adambaşına gündəlik ən çox şəkər istehlak edən ölkə kimi 126 qramla ABŞ gəlir. İkinci yerdə isə 103 qramla Almaniya, daha sonra 102,5 qramla Hollandiya və digər ölkələr yer alır.
Dünyada 50 ölkədə şəkər çuğunduru istehsal edilir
Dünyada 50 ölkədə şəkər çuğunduru istehsal edilir. Ən çox şəkər çuğunduru Avropada istehsal edilir. Ən böyük 10 şəkər çuğunduru istehsalçısı ölkələrinin dünyada ümumi şəkər çuğunduru istehsalındakı payı 80 faizdən artıqdır. Həmin ölkələr sırasında ilk yerdə 55,400 min tonla Rusiya, sonrakı yerlərdə müvafiq olaraq 46,790 min tonla ABŞ, 40 min tonla Fransa, 32,280 min tonla Almaniya, 15,951 min tonla Türkiyə və digər ölkələr gəlir.
Onu da qeyd edək ki, əgər 2003-cü ildə dünyada bir ton şəkərin qiyməti 213,75 dollar idisə, 2015-ci ildə 351,30, 2016-cı ildə isə bu rəqəm 421 dollar təşkil edib.
Avropa Birliyində şəkərlə bağlı kvota var və 30 sentyabr 2017-cü il tarixinə qədər qüvvədə qalacaq yeni şəkər kvotasını 17 dekabr 2013-ci il tarixli qərarla ümumilikdə 13,5 milyon ton müəyyənləşdirib. AB ölkələrinin şəkər istehsalı kvotasına görə, 2015/2016-cı illərdə ön sırada 2.898.256 tonla Almaniya yer alır. İkinci yerdə 351,027 tonla Avstriya, üçüncü yerdə isə 676,235 tonla Belçika gəlir. Bu gün ölkələrdə şəkər çuğundurunun alınması ilə bağlı qiymətlərə gəldikdə isə burada ölkələrin siyahısı da fərqlidir. Belə ki, ilk yerdə tonu 21,53 avroyla Çin, ikinci olaraq 22,73 avroyla Belarus, 23,15 avroyla Mərakeş gəlir.

Bu il 7 min hektar sahədə 500 min tona yaxın şəkər çuğunduru istehsal olunacağı gözlənilir

Ölkəmizdə şəkər çuğunduru istehsalı getdikcə artmaqdadır. Belə ki, 2004-2014-cü illər ərzində şəkər çuğunduru 3,1 dəfə artıb. Bu gün ölkənin 29 rayonunda şəkər çuğunduru əkilir və İmişli İstehsalat Birliyinə təhvil verilir. Əvvəllər 220 min ton şəkər çuğunduru təhvil verilirdisə, bu il 7 min hektar sahədə 500 min tona yaxın şəkər çuğunduru istehsal olunacağı gözlənilir. Şəkər İstehsalat Birliyinin tərkibində 6 müxtəlif fabrik, zavod var, burada 3 minə yaxın işçi çalışır. İmişli Şəkər Zavodu 2006-cı ildən fəaliyyət göstərir. Artıq Şəmkir və onun ətrafındakı rayonlarda da şəkər çuğunduru əkilməsinə başlanacaq. Mütəxəssislər tərəfindən qışlıq şəkər çuğundurunun əkinləri istiqamətində aparılmış elmi-tədqiqat işləri və təcrübələr uğurla nəticələnib. Həyata keçirilmiş bu yeniliyin hesabına artıq qış mövsümündə də şəkər çuğunduru yetişdiriləcək.
Bu gün ölkədə şəkər çuğunduru ilə bağlı əkin sahələrinin genişləndirilməsi və bu istiqamətdə həyata keçirilən digər tədbirlər xam şəkərin, qamış şəkərin idxalından asılılığı aradan qaldırmağa imkan verər. Bu da həm yeni iş yerlərinin açılmasına, həm valyutanın ölkəmizdə qalmasına imkan verər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur
18.09.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
18.09.2018
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub
18.09.2018
Sığorta bazarında yeni məhsul
18.09.2018
Vüsal Qasımlı: “Strateji Yol xəritələrinin icrasına beynəlxalq ictimaiyyətin diqqəti təqdirəlayiqdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info