Gürcüstan idarəetməni dəyişir
Tarix: 12.10.2016 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


“Gürcü arzusu” qanunverici orqanda konstitusiya çoxluğuna sahib olaraq prezidenti seçki ilə deyil, parlament daxilində seçməyi, parlamenti Kutaisidən Tiflisə köçürməyi hədəfləyir

Qonşu Gürcüstanda keçirilən parlament seçkisi başa çatsa da, qızğın müzakirələr və proses hələ davam edir. İlk görüntü belədir ki, Gürcüstanın yeni parlamenti iki yox, üçpartiyalı olacaq.
Çünki “Vətənpərvərlər alyansı”nın səs faizi 4,998 ilə 5 faiz arasçında dəyişir. Yəni 5 faizlik baryeri aşmaq üçün çox cüzi rəqəmlər çatmır. Mərkəzi Seçki Komissiyasının yekun rəyindən sonra “Vətənpərvərlər alyansı”nın parlamentə düşməsi rəsmiləşəcək və alyansın 6 deputat yeri olacaq. İlkin nəticələrə görə üstünlük əldə edən “Gürcü arzusu” hədəf kimi qanunverici orqanda konstitusiya çoxluğuna sahib olmağı müəyyən edib. Partiya bununla dövlət idarəetməsinin dəyişmək istəyir. Əsas rəqib olan “Vahid milli hərəkat” nə seçkilərin nəticələrinin dəyişməyə, nə də kütləvi aksiyalar təşkil etməyə nail ola bildi. Bu isə “Gürcü arzusu”na başqa hədəflərə diqqət yönəltməyə imkan yaradır. Hakim partiya majoritar dairələrdə keçiriləcək ikinci tur seçkilərində maksimum yer əldə etmək istəyir. Planın reallaşması üçün 113 mandata ehtiyac var. Hazırkı nəticələrə görə “Gürcü arzusu” proporsional sistem üzrə 44, majoritar sistem üzrə 22 mandata sahibdir. Partiya qalan 47 mandatı noyabrın 2-dən gec olmayaraq keçiriləcək ikinci tur seçkilərində əldə etməyi planlaşdırır. Hakim partiyanın parlament çoxluğunun lideri Georgi Volskiy bildirib ki, istədikləri çoxluğu əldə etdikdən sonra demokratik islahatları davam etdirəcəklər. Onun sözlərinə görə, məqsədləri prezidenti ümumxalq seçkisi ilə deyil, parlament daxilində seçmək, özünüidarə etməni daha da inkişaf etdirməkdir. Beləliklə, plan baş tutacağı təqdirdə Marqvelaşvili xalq səsverməsi ilə seçilən sonuncu Gürcüstan prezidenti olacaq. Ekspertlər qeyd edir ki, Gürcüstanın pərdə arxasındakı lideri İvanişvili Marqvelaşvili ilə bağlı etdiyi “səhvin” bir də təkrarlanmasını istəmir.

“Planın reallaşması üçün 113 mandata ehtiyac var. Hazırkı nəticələrə görə “Gürcü arzusu” proporsional sistem üzrə 44, majoritar sistem üzrə 22 mandata sahibdir. Partiya qalan 47 mandatı noyabrın 2-dən gec olmayaraq keçiriləcək ikinci tur seçkilərində əldə etməyi planlaşdırır”

Belə ki, Marqvelaşvili İvanişvilinin “istədiyi” dövlət başçısı olmadı. Bu azmış kimi onun hakim partiyadan olan baş nazirlərlə münasibəti də gərgin olub. İvanişvili bu ziddiyyətlərin qarşısını almaq üçün idarəetməni dəyişməyi, prezidentin səlahiyyətlərini bir qədər də məhdudlaşdırmağı planlaşdırır. “Gürcü arzusu”nun digər addımı parlamenti Kutaisidən Tiflisə köçürmək olacaq. Saakaşvilinin prezident olduğu dönəmdə parlament Kutaisiyə köçürülmüşdü. Həmin vaxt iddia edilirdi ki, bu, bölgənin inkişafına müstəsna dərəcədə böyük təsir göstərəcək. Amma gözləntilər özünü doğrultmadı. Üstəlik paytaxtda yaşayan deputatlar, media təmsilçiləri hər iclas vaxtı 500 km məsafə qət etməli olurlar. Saakaşvilinin partiyası bu məsələni konstitusiyaya daxil etdiyindən “Gürcü arzusu” 2012-ci ildə buna nail ola bilmədi. Bu dəfə isə konstitusiya çoxluğunu əldə etməyi hədəfləyən partiya əsas qanuna düzəliş etməklə parlamenti yenidən paytaxtda qaytaracaq. Saakaşvilinin partiyası seçkini nəticələrinə etiraz etsə də, kütləvi etirazlar təşkil edə bilmədi. “Azad demokratlar”ın təmsilçisi Viktor Dolidze bunun üçün heç bir səbəb olmadığını açıqladı. Keçmiş müdafiə naziri İrakli Alasaniya da məğlubiyyətini etiraf edərək siyasi fəaliyyəti dayandırdığını elan etdi. Məğlub partiyalardan olan Respublika partiyasını lideri, parlament spikeri olmuş Usupaşvili də bəyanat verərək şəxsi maraqlar üçün ölkəni qarışdırmağın əleyhinə olduğunu açıqladı. Bu isə “Vahid milli hərəkat”ın boykot qərarına yenidən baxmasına səbəb olub. Partiyanın tanınmış şəxslərindən olan Elene Xoştariya sosial şəbəkədə yazıb ki, partiya özünü intihar olan boykotu deyil, siyasi mübarizəni seçməlidir. Əgər “Vətənpərvələr alyansı”nın parlamentə düşməsi rəsmiləşərsə, onda Saakaşvilinin partiyasının boykot taktikası bütün əhəmiyyətini itirmiş olacaq. Seçkinin nəticəsinə “Vahid milli hərəkat”dan başqa heç bir siyasi qüvvə etiraz etmir. ABŞ və Avropadan olan müşahidəçilər seçkinin nəticələrinə ciddi irad bildirməyiblər. Digər tərəfdən “Vətənpərvərlər alyansı” müxalifət partiyası sayılır və qanunverici orqanın əsas komissiyalarında təmsil oluna bilər. Amma bir məsələ var ki, alyans ölkənin NATO və Avropa İttifaqına daxil olmasına qarşıdır. Bu səbəbdən onları Rusiya yönümlü partiya da adlandırırlar.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info