Rusiya ilə Ukrayna arasında “viza müharibəsi”
Tarix: 12.10.2016 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Bu gün Rusiyada çalışan ukraynalıların təxmini sayı 4 milyon nəfərdən artıqdır. Onlar hər il öz ölkələrinə yalnız rəsmi şəkildə məlum olan 1,2 milyard dollardan artıq vəsait göndərirlər

Ukrayna Moskvanı MDB-dən çıxmaq və Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi ilə təhdid edir. Lakin Moskva da buna qarşı öz cavab tədbirlərini artıq hazırlayıb. Amma ekspertlər qeyd edir ki, “qarşılıqlı viza müharibələrindən” təkcə Ukrayna deyil, elə Rusiya da əzab çəkəcək. Hesablamalara görə, bu gün Rusiya Federasiyasında çalışan ukraynalıların təxmini sayı 4 milyon nəfərdən artıqdır.
Onlar hər il öz ölkələrinə yalnız rəsmi şəkildə məlum olan 1,2 milyard dollardan artıq maliyyə göndərirlər. Qeyd edilməlidir ki, qeyri-leqal yolla Rusiyada çalışan ukraynalıların sayı leqal yolla qeydə alınanlardan xeyli çoxdur. Belə görünür ki, Ukraynadan olan ixtisaslı işçilərin ixtisas dəyişdirilmələri o qədər də asan olmayacaq. Lakin reallıq budur ki, Ukrayna Xarici İşlər Nazirliyi MDB-dən çıxma məsələlərini araşdırır. Bunu “112. Ukraina” telekanalına açıqlama verən ölkənin xarici işlər naziri Pavlo Klimkin də etiraf edib. Lakin xatırladaq ki, Moskva baş verənlərə passiv müşahidəçi mövqeyindən yanaşmaq niyyətində deyil. “Moskva ruslar üçün Kiyevin viza rejiminin tətbiqinə qarşı əlavə, daha sərt tədbirlər vəd edir”. Bu fikirləri isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Əgər, qərar adi insanların maraqlarını cilovlamaq kimi edilərsə, Rusiya tərəfi də əlavə qərarlar qəbul edəcək”- deyə o, əlavə edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10703

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info