Türkiyənin Azərbaycandakı sabiq diplomatına cavab
Tarix: 12.10.2016 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


“Türk əri olmaqdan məhrum olanların menyusuna...”

“Azəri-Türk Qadınları” İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı “azadlıq.info” saytında dərc olunan şər-böhtan dolu yazıya münasibət bildirib. T.Rüstəmxanlı yazıb: "Hər şey 7 oktyabrda Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş bir tədbirdə Yasəmən Qaraqoyunlunun bizləri ittiham etməsi ilə başladı. Tədbirə əsasən ziyalılarımızı və mətbuat nümayəndələrini dəvət etmişdik. Məqsədimiz, sadəcə, 18 Oktyabrın önəmini bir daha xatırlatmaq, gündəmə gətirmək, bu millətin mustəqilliyə qovuşmasında əməyi və haqqı olan hər kəsi minnəttarlıq hissi ilə anmaq idi. Qüdrət Həsənquliyev, Fazil Mustafa da o günün önəmini və millətin taleyində oynadıgı rolu bir daha qeyd etdilər.
Millət vəkili Fəzail İbrahimli Azərbaycanın mustəqilliyə gələn yolunun tarixi həqiqətlərindən, millətimizin azadlığa qovuşmaması üçün rus və ermənilərin işbirliyindən danışdı. Azadlıq hərəkatının liderlərindən biri Sabir Rüstəmxanlı da o günün qəhrəmanlarının bu gün yaşadıqları çətinlikləri, onlara edilən haqsızlıqları dilə gətirdi. Bəzi çıxışlardan sonra söz istəyən Yasəmən Qaraqoyunluya çox böyük bir ehtiramla söz verdim. Yasəmən xanım sanki o tədbirdə olmayan birisi kimi çıxışçıların heç birini dinləməmişdi, çox aqressiv bir şəkildə bizi ittiham etməyə başladı ki, bəs niyə bura Əli Kərimli, İsa Qəmbər dəvət olunmayıb? Qüdrət Həsənquliyev lider olmayıb, (qeyd edim ki, Qüdrət bəy tədbirdən gedəndən sonra Yasəmən xanım bunları dedi - T.R) falan-filan.Yasəmən xanımın çıxışı tam bir provokasiya xarakterli idi, tədbirin əhəmiyyətinə kölgə salmaq, araqarışdırmaq, iş görmək əvəzinə söz oyunu etməkdən başqa bir şey deyildi. Mən xanımın çıxışına cavab vermək zorunda qaldım, kimsənin şəxsiyyətinə toxunmayacaq, alçaltmayacaq bir şəkildə fikirlərimi söylədim və sənin lider saydığın adamları mən lider saymıram, dedim. Xarici fondlardan maliyyə alaraq öz dövlətinə düşmənçilik edənləri tənqid etdim. Bəzən ermənidən daha betər düşmənçilik edənlərimiz var, dedim.
M.Ə.Rəsulzadənin də haqqı yeyilməməli, Əbülfəz Elçibəy də bu ölkənin prezidenti olub və milli azadlıq hərəkatının liderlərindən biridir, onun da xidmətləri danılmamalı, Heydər Əliyev də bu ölkənin prezidenti olub, ölkəni bölünmə təhlükəsindən qoruyub, dövlət müstəqilliyimizi möhkəmləndirib, ona da haqsızlıq edilməməlidir. Mənim xanıma verdiyim cavabın mahiyyəti bundan ibarət idi. Yaxşı ki, kameranın yaddaşında tədbirdəki bütün çıxışlar olduğu kimi qalır.
İndi gələk iki gündən bəri sosial mediada açılan birtərəfli müzakirələrə, təhqirlərə və yalanlara...”.
Sanki biri düyməyə basdı ki, içinizdə nə qədər kin və nifrət, çirkab varsa tökün bu ailənin üzərinə. (Eynən Ergenekonda olduğu kimi, onda da belə çirkabla gəlmişdilər üzərimizə. Zəkəriyyə Özün hazırladığı iddianamənin düyməsini Fətullah Gülən basmışdı). Birincisi, mənim kimi dəvət edib, kimi etməyəcəyim haqqında kimsənin önündə götürdüyüm bir öhdəliyim yoxdur və buna da borclu deyiləm. İkincisi, bu gün guya Əli Kərimlinin müdafiəsinə qalxaraq, məni təhqir edənlərə bir sualım var, 1999-cu ildə sizin bir çoxunuzun da təmsil olunduğunuz AXCP üzvlərinin bir çoxu onu və xanımı Samaranı təhqir edəndə, onu sizlərin şərindən qorumaq üçün tədbir təşkil edərək, qılınc təqdim etmişdim və Əli Kərimlidən soruşun sizə söyləsin ki, o qılıncı ona kim təqdim etmişdi. Zaman o zaman idi ki, indi söydüyünüz iqdidarla Əli bəyin heç bir proplemi yox idi, onu və ailəsini sizin əqidə yoldaşlarınız təhqir edirdi. Mən Tənzilə Rüstəmxanlı isə bir çox təhqirləri gözə alaraq Əli Kərimliyə bir ovladım kimi sahib çıxmışdım.
Demkonqres parçalananda təhqir etdiyiniz Sabir Rüstəmxanlı bir ata qayğısıyla onu qorumuşdu və buna görə yenə sizin əqidə dostlarınızın təhqirlərınə məruz qalmışdı. Nə acı ki, bu gün o, sizlərin məni təhqir etməsinə baxaraq əllərini ovuşdurur. Hər kəs, əslində, mahiyətini ortaya qoyur. Tökün ətəyinizdəki daşları, yalanlarınız sadəcə öz ayağınıza dolaşar”.
Mənə sual ünvanlayanlardan, biri də Turqut Ərdir ki, Azərbaycanda 1992-ci ildən 2000-ci ilə qədər Türkiyə səfirliyində mətbuat müşaviri olaraq çalışmış və sonra burdan göndərilmişdi. Səbəbini özü bilir. Burada olduğu müddətdə bir və ya iki dəfə toplantılarda görüşmüşük. Ondan sonra onunla heç qarşılaşmamışam. Turqut bəy, soyadın “Ər” olunmasıyla ər olunmaz!
Ərlik türk mədəniyyətində qadına sayğıdan başlanır. Bizim mədəniyyətdə ər savaşına ərənlərlə gedərdilər, yoxsa feys səhifələrinin arxasında gizlənənlərlə mənim işim olmaz. Mən yeddi cəddimi bilirəm və şəcərəmi də 15 il öncə "Dumanda İtən Vətən" kitabımda işıqlandırmışam. Babalarım Türk oğlu Türkdür. Türk olmağımla hər zaman qürur duymuşam. Səni üzmək zorundayam. Soyumda heç qanı qarışıq yoxdur. Məni bilənlər bilir ki, mən hər zaman sözümün əri olmuşam. Türk milliyyətçisiyəm. Bu nə zamana, nə də məkana görə dəyişməz. Elçibəylə bağlı sözlərində də səmimi deyilsən. Əgər gerçəkdən Elçibəyi sevsəydin, illər uzunu onu söyən və ona xəyanət edən adamların sözçülüyünü yapmazdın. Elçibəyi özünə qalxan etmə, o bir türk böyüyüydü. Onda türk əxlaqı vardı. Mənə atdığın bu böhtanlara görə, sənin başına dünyanı dar edərdi. Mənim qohumlarımın kim olduğunu araşdırmadan öncə bir öz soy-kökünə bax. Gör orda erməni qarışığı varmı?
Azərbaycanda göreşənlik edəcəyinə, bax gör Türkiyədə türk soyundan olan nə qədər, nazir, baş nazir və cümhurbaşqanı var. Bizdə dövlətin məqamlarına sayqılı olurlar, yoxsa ölkənin başında durmuş, ona xidmət göstərmiş və dünyasını dəyişmiş bir dövlət adamını sənin kimi söyüş söyüb təhqir etmirlər. İllərdir Azərbaycana düşmən mövqeyində durmusan. Kim Heydər Əliyevlə bağlı bir kəlmə yaxşı mənada söz söyləyibsə, elə bil sənin anana, arvadına söyür. Həmən iftira makinanı işə salırsan. Burdan sənə yüzlərlə qatı açılmamış söyüş göndərərdim, amma bunu zəif və cahil adamlar edər. Bu mənim işim deyil. Sənə burdan səslənirəm. Mənimlə bağlı irəli sürdüyün o ittihamları kanıtlayacak faktları ortaya qoymasan səndən şərəfsiz adam elə sən özünsən.
Heydər Əliyev Azərbaycanın prezidenti olub. Böyük dövlət adamı, ölkəmi təmsil edən atributlardan biri olub. ƏlbəttəTürkiyədə və başqa yerlərdə sənin kimilərin onu təhqir etməsinə imkan verməmişəm. Çünki mənim dövlət məqamına sayqım var və Türk əxlaqından danışanın bunu bilməsi gərəkir. Qaldı ki, günlərdir, iftira maşınlarını işə salaraq öz çirkablarını bizə atmak istəyən, sözdə "bəy" və "xanımlara" onların da kim olduğunu öyrəndikdən sonra içim çox rahatladı. Necə deyərlər, "dinimə söyən müsəlman olsa barı”.
Avropada yaşayan və Əli Kərimlinin silahşorluğünü yapan jurnalistin xanımının kaseti yayımlanıb: "Məni söyən və mənə "sus" deyən xanımın isə kaseti sosial mediada dolaşırmış. Sizin əxlaq meyarınızın ölçüsü budurmu?
Avropaya sığınaraq, məni söyən “vətənsevərlər”- orda erməni və Ermənistanın Azərbaycanın Qarabağ torpaqlarının işğalı barədə bir yazınızdan, Xocalı soyqırımı ilə bağlı təşkil etdiyiniz bir konfransdan, erməni əsirliyində olan ananızın, bacınızın azad olunması üçün gördüyünüz bir işdən danışa bilərsinizmi?
Ölkə başçısı Avropa ölkələrinə rəsmi səfərdə olanda, ermənilərdən öncə onu protest edəcək mitinqlər təşkil etməkdirmi vətənpərvərlik? Bir erməni siyasətçisi, bir erməni alimi, qəzet yazarı göstərin ki, sizlər qədər dövlətini, millətini və onun qadınını aşağılasın. İllərdir ermənilərin Azərbaycana və türk xalqına etdikləri zülmlərə qarşı mübarizə aparıram. Ermənilər belə sizin qədər bizi təhqir etmədilər. Üzüldüyüm bu deyil. Hər kəs düşüncəsinə görə əxlaq nümayiş etdirər. Məni üzən odur ki, bütün bu olayların başında duran siyasətçilər Azərbaycan iqdidarına iddialı olanlardır. İçinizi bürümüş bu kinlə, nifrətləmi Azərbaycanı idarə etməyi düşünürsünüz? Allah bu milləti o gündən qorusun.
Qaldı ki, Yasəmən xanımın adını çəkdiyi liderlərə, konkret olaraq İsa Qəmbərə və onun şəxsiyyətinə, hər zaman hörmətlə yanaşmışam. Bunu hər kəsdən yaxşı o bilir. Yasəmən xanımın səmimiyyətinə şübhə etmirəm, o tam başqa bir şey demək istəyirdi, olmadı. O düşündü ki, sağlam bir siyasi müzakirə aça bilər. Əminəm, düşündü ki, bəlkə, illər keçdikcə adlarını çəkdiyi adamlar, yaşa dolublar, olqunlaşıblar və onlarla hansısa bir masanın arxasında oturub ölkə, millət məsələsini müzakirə edə bilər və ya siyasi polemikaya girə bilər. Amma o daha bilmir ki, bu mümkün deyil. Alim xanım hardan bilsin ki, müdafiə etdiyi cəbhənin insanları üçün muxtəlif fikirlərə, söz azadlığına yer yoxdur. Orda ya bizdən olacaqsan, ya da səni lincetmə kampaniyası başladacağıq. Nə yazıq ki, Yasəmən xanım, zaman məni haqlı çıxartdı. Çoxları indi əllərini ovuşdura-ovuşdura gözləyir ki, mən Yasəmən xanım haqqında bir şeylər yazacam. Orda bir az durum! O, fikrini dedi, mən də cavabını verdim və məsələ bununla da bitdi. Nəinki söz demək, ona daş atanın başına, mən qaya tullayaram. Sizdən fərqli olaraq mənim Türk anasına sayqım sonsuzdur. Hələ ki, bu bir bilim adamı ola.
Sonda onu demək istəyirəm ki, iftirayla, yalanla üzərimizə nə qədər gəlsəniz də unutduğunuz bir şey daha var. Yalanın ömrü çox, həm də çox az olar. Gerçəklər gec-tez yerini tapacaq. Məni sevindirən bir o oldu ki, deməli, çox möhtəşəm bir konfransımız olub ki, bu qədər səs-küyə səbəb oldu. Deməli yola davam…
Sizlər bizə ayaq bağı ola bilməzsiniz. Biz bu yola baş qoyanda sizləri və yalanlarınızı gözə almışdıq. Hər zaman dövlətimin və millətimin yolundayam, yanındayam. Allah bizi şeytanın şərindən uzaq eləsin. Sizləri isə inancınız varsa, Allaha həvalə edirəm. Namərd dostun olunca, mərd düşmənin olsa yaxşıdır”.







 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info