İtaliya mətbuatında azərbaycanlı məcburi köçkünlər haqqında məqalə
Tarix: 12.10.2016 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


İtaliyanın “Cronache di Napoli” qəzetində jurnalist Domeniko Letisiya tərəfindən “İnkar olunmuş hüquqlar: Şuşanın sürgündəki icra başçısı. 1992-ci ildən fəaliyyət göstərən düşərgədə həyat” (I diritti negati: Shusha, il sindaco in esilio. Vivere in un campo dal’92) adlı məqalə dərc olunub.
Məqalə D. Letisiyanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdan aldığı müsahibə və Ramana qəsəbəsi yaxınlığında məcburi köçkün ailələri üçün tikilmiş qəsəbəyə səfəri əsasında yazılıb.
 
Məqalədə bildirilir ki, 8 may 1992-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində şəhərdə yaşayan azərbaycanlılar öz yurdunu tərk etmək məcburiyyəti ilə üzləşib, dövlət tərəfindən tikilmiş xüsusi qəsəbədə məskunlaşıblar. Şuşanı hansı şəraitdə tərk etməyindən danışan şəhərin “sürgündə” olan icra başçısı kimi təqdim olunan B. Səfərov işğal günündən bəri Şuşaya gedə bilmədiyini və ən böyük arzusunun yenidən Şuşaya dönmək olduğunu bildirib.
 
Məqalədə B. Səfərova istinadən Azərbaycanda müxtəlif dinlərin və millətlərin, o cümlədən ermənilərin dinc şəraitdə yaşadığı bildirilir, Ermənistanda yalnız ermənilərin yaşaması və Ermənistanın multikulturalizmə qarşı olması vurğulanır. Bundan əlavə, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsi xatırladılır.
                   
Məqalədə həmçinin jurnalistin Bakı yaxınlığında yerləşən məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə səfərindən və orada mövcud şəraitdən söz açılır: “Mən qəsəbədə yenicə tikilmiş, şagirdlərin ingilis dilində dərs keçdiyi informatika otağı olan müasir məktəbdə və musiqi məktəbində oldum. Musiqi məktəbinin direktoru İtaliya vətəndaşı olduğumu biləndə, mənə öz telefonunda məktəbin şagirdləri tərəfindən italyan dilində təşkil olunmuş konserti nümayiş etdirib. Adriano Çelentano, Toto Kutunyo, Luçano Pavarotti və Enriko Karusonu bu qəsəbədə tanıyırlar, uşaqlar dərslərdə onların mahnılarını öyrənirlər. Düşərgədə olanda, şəhid vermiş məcburi köçkün ailəsinə qonaq dəvət edildim. Ailə sahibi evlə təmin olunduğunu, vergidən azad edildiyini və sabaha ümidlə baxdıqlarını bildirsə də, doğma yurdu heç nəyin əvəz etmədiyini xüsusi ilə vurğulamağı da unutmayıb”.  

Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info