Vergidən yayındırılan 54 mln. manatdan çox vəsait dövlət büdcəsinə ödənilib
Tarix: 12.10.2016 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Bu ilin 9 ayı ərzində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə başlanmış 339 cinayət işi üzrə aparılan araşdırmalar zamanı 54 mln. 14 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 9 mln. 751 min manat çoxdur.
 
Vergilər Nazirliyindən verilən məlumata görə, 175 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib.
 
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində 719 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 11 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış cinayət işlərindən 95 iş üzrə 109 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.
 
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan olunmuş 35 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 274 şəxsin məcburi qaydada gətirilməsi, 504 şəxsin tapılaraq istintaqa gəlmələri, 591 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.
 
Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 120 nəfər vergi ödəyicisi tapılaraq onların müvafiq vergi orqanlarına gəlmələri təmin olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Azərbaycan 5 ayda 1 milyard dollarlıq təbii qaz ixrac edib
17.07.2019
SOCAR İstiqrazlarının sahibləri 13.75 milyon dollar qazanıb
17.07.2019
Magistral kəmərlərlə təbii qaz nəqli 20 faizədək artıb
17.07.2019
“Azeri Light”ın bir barreli 68,5 dollardan baha satılır
17.07.2019
Azərbaycanda qızılgül yığımında məhsuldarlıq 20 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10829

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info